Multitasking nədir və nə kimi zərərləri var? | Banco.az

Multitasking nədir və nə kimi zərərləri var?

İngilis dilində multi və tasking sözlərinin birləşməsindən ibarət olan bu söz, bir çox əməliyyatı, işi eyni anda görmə mənasını verir. Bir digər deyişlə; bir tərəfdən əsl işini görərkən, digər tərəfdən də əlavə işləri görmək.

Nümunə vermək lazım gələrsə; bir tərəfdən avtomobil sürərkən, digər tərəfdən telefonla danışıb, bir digər tərəfdən də qəhvə içməyə çalışmaq kimi. Ya da bir ananın yemək hazırlayarkən, eyni anda telefonla danışıb bir də əlavə olaraq uşağına söz deməyə çalışması kimi. Bu sözün mənasını izah etdikdən sonra, indisə zərərləri haqqında danışa bilərik.

Hamımızın daha qısa müddətdə, daha çox iş görmək üçün yönəldiyimiz multitasking!

Bəli, multitasking bir çoxumuzun, həyatı müsbət yöndə dəyişdirə bilmək üçün meyl göstərdiyi bir şeydir. Yəni eyni anda birdən çox iş görməyimizdəki, əsas səbəb uğurlu olmaqdır.

Əslində canına qəsdi olmayan, ya da özünü dəli kimi yormaq istəməyən heç kəs, eyni anda birdən çox iş etməyə çalışmaz. Amma çox təəssüf ki bu həqiqət bir çox adam tərəfindən göz ardı edilir. Uzun sözün qısası; Multitasking-in zərərləri ümumiyyətlə görməməzlikdən gəlinir. Məhz buna görə də, sizə aşağıdakı başlıqları nəzərə almağınızı məsləhət görərdik.

Yavaşlayırsınız

Eyni anda birdən çox işlə məşğul olmaq, işinizi tezləşdirmir. Əksinə diqqətinizi birdən çox yerə yönəltsəniz, bu sizin işinizi yavaşladacaq. Hansı işi edəcəyinizi bilməyir, diqqətinizi dağıtdığınız üçün də təkrar fokuslanmağa çalışarkən də boş yerə vaxt itirirsiniz.

Beyninizə yalnış vərdişlər qazandırırsınız.

Ən sərfəli kredit üçün müraciət et

İnsan beyni quruluş olaraq tək bir işə fokuslanma xüsusiyyətinə sahibdir. Amma biz multitasking-ə yönələrək beynimizə uğurla nəticələndirə bilməyəcəyi bir şeyi etdirməyə çalışırıq. Daha elmi izah lazım gələrsə; sizə Earl Millerin söylədiklərini təqdim edirik. Millerə görə; beyin çoxlu vəzifə üçün uyğun deyil.

Çünki beyin ikinci bir vəzifəyə başladıqda, birinci vəzifəni tamamilə unudub ikinciyə fokuslanır. Bir məsələdən digər məsələyə keçid beynin dopamin hormonu ifraz etməsinə səbəb olur. Çünki mesaj göndərmək, telefona baxmaq, avtomobil istifadə edərkən başqa bir işlə məşğul olmaq, beynin özünü mükafatlandırma sisteminin dövrəyə girməsinə gətirib çıxarır. Bu da eyni anda birdən çox iş görməyi, beynin davamlı istəyəcəyi pis bir vərdiş halına gətirir.

Heç vaxt etməyəcəyiniz səhvlər edirsiniz

Çünki tam olaraq fokuslanmırsınız. Bir tərəfdən telefonla danışarkən, bir tərəfdən əlinizdəki işi bitirməyə çalışır, eyni anda bir də mail qutunuza nəzarət etməyə çalışırsınız. Bu vəziyyətdə də özünüzə kifayət qədər düşünmə müddəti verməmiş olursunuz. Və istər istəməz səhv edirsiniz.

Daha çox stres yaşayırsınız

Çünki əlinizdəki işləri bitirə bilmirsiniz. Gün ərzində tez-tez fikrinizi bölünür, eyni anda bir neçə işi görməyə çalışır, edə bilmədiyinizi gördükcə daha çox stres keçirirsiniz. Halbuki işlərinizi bir-bir edib tamamlasanız, həm işinizi uğurla tamamladığınız üçün xoşbəxt olacaq, həm də tam mənasıyla fokuslana bildiyiniz üçün çox daha məhsuldar olacaqsınız.

Ən sərfəli krediti almaq üçün müraciət et