"Morgan Stanley" Çinin cari vəziyyətini dəyərləndirib | Banco.az

"Morgan Stanley" Çinin cari vəziyyətini dəyərləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley” çinli istehlakçıların pandemiyadan əvvəlki xərcləmə vərdişlərinə tezliklə qayıdacaqlarını gözləmir.

Banco.az xəbər verir ki, “Morgan Stanley” analitikləri bu il Çində istehlak xərclərinin 9 faiz, gələn il isə 4,8 faiz artım göstərəcəyini düşünür. Bu göstərici pandemiyadan əvvəlki dövrə nəzərən 0,5 bənd aşağıdır.

“Morgan Stanley” tərəfindən yayımlanan hesabata görə, hazırki vəziyyət ölkədə fəaliyyət göstərən “Starbucks” kimi beynəlxalq markalar üçün problem hesab edilir. Belə ki, insanlar artıq pul xərcləyərkən nəinki daha təmkinli davranır, həm də daha çox seçimlə qarşı-qarşıya qalırlar.

Xatırladaq ki, pandemiya dövründə və daha sonra görülən tədbirlər 2020-2022-ci illərdə Çin iqtisadiyyatında bir sıra problemlərə səbəb olmuşdu. Ötən ilin dekabr ayında məhdudiyyətlərin ləğv edilməsindən bu yana ölkə iqtisadiyyatı yalnız mötədil bərpa əlamətləri göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et