MBNP Azərbaycan Texniki Universitetində təlim keçirdi | Banco.az

MBNP Azərbaycan Texniki Universitetində təlim keçirdi

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Palatanın mütəxəssisləri tərəfindən Azərbaycan Texniki Universitetinin tələbələri üçün "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq"  mövzusunda təlim keçirildi.

Ən sərfəli kredit üçün müraciət et

Palatadan banco.az-a verilən məlumata görə, tələbələrin böyük maraqla qarşıladıqları təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat nümayiş etdirildi. İnteraktivlik və diskussiyalarla zəngin olan tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif edildilər.

Ən sərfəli krediti almaq üçün müraciət et