LinkedIn optimist ölkələrin adlarını açıqlayıb | Banco.az

LinkedIn optimist ölkələrin adlarını açıqlayıb

İşgüzar əlaqələr qurmaq üçün faydalı olan LinkedIn sosial şəbəkəsi bütün dünya üzrə işçilərin peşəkar problemlərini və perspektivlərini əks etdirən beynəlxalq karyera imkanları indeksini tərtib edib. İnkişaf etməkdə olan Asiya ölkələri reytinqə başçılıq edir.

CNBC xəbər verir ki, LinkedIn illik imkanlar indeksi üçün 22 ölkədən olan 18-65 yaş aralığındakı 30 mindən çox işçi arasında sorğu keçirib. İşçilərin nikbinliyini qiymətləndirmək üçün sosial şəbəkə onların valideynləri ilə müqayisədə maddi vəziyyət və həyat keyfiyyətləri, növbəti il üçün ölkə iqtisadiyyatı ilə bağlı gözləntiləri də daxil olmaqla 7 göstəricidən istifadə edib.

100 bal orta bal kimi müəyyənləşdirilib. 121 balla Hindistan birinci yeri tutub. Ardınca İndoneziya (117) və Çin (116) gəlir. Bu ölkələri insanların iqtisadi perspektivlərə və inkişaf edən əmək bazarlarına inam birləşdirir. Üçlükdəki ölkələrin zumerlərinin 50%-i və milleniallarının 47%-i yerli iqtisadiyyatda yaxşılaşma gözlədiklərini bildirib. Nəticədə onların karyera imkanları da yaxşılaşacaqdır.

Həmçinin oxu: “LinkedIn”ə görə 2020-ci ilin ən perspektivli peşəsi hansılardır?

LinkedIn nəticələri Asiya-Sakit Okean regionu üçün müsbət iqtisadi perspektivi əks etdirir. Dünya İqtisadi Forumunun məlumatına əsasən, region Hindistan və Çindəki zəifləməyə baxmayaraq ÜDM-in həcminə görə dünyanın qalan hissəsini üstələməlidir.

Ən sərfəli kredit üçün müraciət et

“İnkişaf etmiş və inkişaf etməkdə olan bazarlar arasındakı ziddiyyətli səviyyə fərqi göstərir ki, inkişaf etmiş ölkələrdəki insanlar bazarlarının faktiki iqtisadi artım baxımından doyma həddinə çatdığına inanır”, deyə sosial şəbəkənin Asiya-Sakit Okean regionu üzrə icraçı direktoru Olivye Leqran bildirib.

CNBC qeyd edir ki, ABŞ uzun iqtisadi artım dövrü və güclü əmək bazarı səbəbindən Qərb ölkələri arasında optimistlik reytinqinə başçılıq edir. Orta və ya orta nikbinlik səviyyəsindən aşağı olan digər böyük iqtisadiyyatlar Kanada (98), Sinqapur (95) və Böyük Britaniyadır (91). Yaponiya 80 bal toplayıb.

“Yaponiyadakı respondentlər həyat keyfiyyətlərinin valideynlərininki ilə müqayisədə aşağı düşdüyünü fikirləşir. Bu hiss gələcək iqtisadiyyata və imkanlara daha az pozitiv baxmalarını şərtləndirən amillərdən biri ola bilər”, deyə Leqran açıqlama verib.

Ancaq bütün ölkələrdən olan respondentlər karyera yüksəlişi yolunda eyni maneələri qeyd ediblər. Bunlar maliyyə mənbələri, yaş faktoru və əmək bazarındakı problemlərdir. Ted Trends 2020 qlobal hesabatına əsasən, HR menecerlərinin 89%-i düşünür ki, fərqli nəsillərin nümayəndələrindən ibarət komandalar daha uğurludur, nəinki eyni yaş həddində olan kollektivlər.

Yanvar ayında Nyu-York istedad üzrə rəqabətqabiliyyətlilik reytinqində birinci, Moskva isə 55-ci pillədə qərarlaşıb.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et