Kriptovalyuta mədənçiliyi öz çətin dövrünü yaşayır | Banco.az

Kriptovalyuta mədənçiliyi öz çətin dövrünü yaşayır

Kriptovalyuta mədənçiliyi böyük zərbə aldı

2017-ci ilin sonuncu rübündə, xüsusilə də Ethereum, Bitcoin, Litecoin Ripple kimi kriptovalyutaların davamlı olaraq dəyər qazanması nəticəsində bir çox insan kriptovalyuta mədənçiliyinə sərmayə qoymağa başladı. Əslində, xüsusilə ekran kartları ilə edilən kriptovalyuta mədənçiliyinin nə qədər çətin proses keçdiyini bir çoxları bilmir.

Coin qiymətləri kəskin şəkildə endi

Coinlərin qiymətində yaşanan hədsiz eniş ilk olaraq kriptovalyuta mədənçilərinə zərbə vurdu. Bəziləri bu fəaliyyətə başlamamışdan öncə araşdırma aparmır, mədənçiliyin necə riskli sahə olduğunu dərk etmir.

Çətinlik səviyyəsi getdikcə artır

Mədənçilik və mədənçilik şərtləri ilə tanış deyilsinizsə, “çətinlik” anlayışı sizin üçün bir qədər yad görünə bilər. Ona görə də çətinlik anlayışının nə olduğu haqda məlumat verək. Məsələn, bir məhəllə düşünə bilərsiniz. Bu məhəllədə 100 nəfərin yaşadığını və gündə 200 çörək sərf olunduğunu düşünün. Sizsə həmin məhəllədə yeganə mağazanın sahibisiniz. Ancaq məhəllədə yeni bir mağaza açıldıqda eyni şərtlərlə yalnız 100 çörək satmaq imkanınız olacaq. Yəni, artıq gəlirləriniz ikiqat azalacaq. İş fəaliyyətinizdə dəyişiklik olmasa da, gəliriniz gündən-günə aşağı düşəcək. Kriptovalyuta mədənçiliyində də çətinlik məhəllədə yeni mağazanın açılması kimi təsəvvür oluna bilər.

Demək olar ki, bütün kriptovalyutalarda dəqiqədə, saatda və günlük istehsal edilən coinlərin sayı sabitdir. Əgər tək bir mədənçi fərdi şəkildə mədənçilik edirsə, bütün coinləri o mədənçi çıxaracaq və bütün gəlirlərə də özü sahib çıxacaq. Ancaq nə qədər çox şəxs mədənçiliyə başlasa, adambaşına düşən coinlərin sayı da çox olacaq. Məsələn, bir ekran kartı 2017-ci ilin sentyabr ayında gündə 1 ETH çıxarırdısa, artıq 0,4 ETH-ə düşüb. Bunun səbəbi daha çox insanın mədənçiliyə başlaması və günlük maksimum istehsal ediləcək Ethereum sayının sabit qalmasıdır.

Mədənçilik səmərə vermir

Kriptovalyuta mədənçiliyində çətinlik səviyyəsinin artmasından coinlərinin qiymətinin düşməsindən danışdıq. Əsas investisiyanı nəzərə almasaq, mövcud coin qiymətləri və çətinlik səviyyəsinə rəğmən hesab açdıqda bir mədənçinin xərclədiyi elektrikin təxminən 3 qatı qədər gəlir əldə etdiyini söyləyə bilərik. Ancaq burada bir məsələyə toxunmaq lazımdır. gəlir əldə edən bir çox mədənçi cihazları hazırki qiymətlərin yarısına alıblar.

2017-ci ilin son rübündə 1 ETH çıxaran bir cihaz hazırda 0.4 ETH çıxarır.

2017-ci ilin son rübündə 300 dolar olan Ethereum hazırda 800 dollar civarındadır.

2017-ci ilin son rübündə aylıq orta hesabla 300 dollar qazanan bir mədənçi hazırda təminən 320 dollar qazanır. Yəni, 5 ay ərzində gəlir yalnız 7% artıb. Məhsul xərcləri isə ikiqat artıb. Elektrikin qiyməti də təxminən 8 % artıb.

Bütün bunların fonunda Ethereum-un gələcəkdə dəyər qazana biləcəyi məqbul sayılsa da, çətinlik səviyyəsinin də eyni səviyyədə artdığını nəzərə alsaq, kriptovalyuta mədənçiliyinin artıq ilk yüksəliş dövründəki qədər gəlirli bir fəaliyyət olmadığını deyə bilərik. Xüsusilə, mədənçilikdə istifadə edilən ekran kartlarının təxminən 2 il müddətinin olduğunu düşünsək, artıq satın alınan cihazların öz xərcini belə çətinliklə çıxardığını söyləmək olar.

İnvestisiya yerləşdirərkən araşdırma aparın və öz fikirlərinizlə addım atmağınızın vacibliyini əsla unutmayın. Kriptovalyuta mədənçiliyinin rislki iş olduğunu, coin qiymətlərinin, çətinlik səviyyəsinin və elektrik xərclərinin dəyişkən olduğunu nəzərə alın. Araşdırmanızdan sonra belə şərtlər daxilində investisiya yatırıb-yatırmayacağınıza qərar verin.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç