Kreditlərdə böyük artım | Banco.az

Kreditlərdə böyük artım

2018-ci ilin Noyabr ayında bankların müştərilərə verdikləri kreditlər 282,9 milyon manat və ya 2,4% artaraq 12 milyard 172.1 milyon manata qalxıb. Oktyabr ayının sonunda müştərilərə verilən kreditlər 11 milyard 889.2 milyon manat təşkil etmişdi.

Noyabrdakı artım 2018-ci ildə ən böyük aylıq artımıdır.

Ən sərfəli kredit üçün müraciət et

30 Noyabr 2017-ci il tarixi ilə müqayisədə isə kreditlər 391,9 milyon manat və ya 3,3% artıb.

Oktyabrda müştərilərə verilən kreditlər 12,2 milyon manat artmışdı.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et