"Kredit portfelimiz 50% böyüyüb, 2020-də də davam edəcək" | Banco.az

"Kredit portfelimiz 50% böyüyüb, 2020-də də davam edəcək"

Bu il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kredit portfelini 112 milyon manata çatdırıb.

Bu barədə qurumun sədri Mirzə Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin yekunu ilə müqayisədə təxminən 50% çoxdur.

“Kredit portfelinin böyüməsi 2020-ci ildə də davam edəcək”, - o deyib. 

M.Əliyev "Aqrar Məşğulluğun Artırılması Layihəsi" (AMAL) çərçivəsində ayrılmış kreditlərin məbləğini də açıqlayıb. Onun sözlərinə görə, indiyə qədər 15 gənc fermerə 225 000 manat güzəştli kredit verilib. 

"Bundan başqa, 21 rayonda 400 gəncə müxtəlif təlimlər keçirilib, 965 gənc üçün məşğulluq yeri yaradılıb, ümumi layihədən bəhrələnən gənclərin sayı 1 422 olub", - deyə o, bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Mirzə Əliyev  bildirib ki, bu il kənd təsərrüfatı istehsalı vasitələrindən istifadəyə görə investisiyaların ümumi məbləği 132, milyon 258 min manat, o cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89 milyon 909 min manat olub.

Bundan başqa, onun sözlərinə görə, il ərzində rəhbərlik etdiyi qurum güzəştli şərtlərlə 4 068 ədəd kənd təsərrüfatı texnikası, 4 510 ədəd damazlıq heyvan satıb.

“Bu il 704 kənd təsərrüfatı layihəsi nağd pul vəsaiti ilə kreditləşdirilib. Bunun üçün ayrılmış pul kreditinin məbləği 20, milyon 724 min manat olub. Hazırda 22 layihə icradadır”, - agentlik sədri əlavə edib. 

M.Əliyev onu da deyib ki, bu il fermerlərə 164 milyon 993 min 848 manat məbləğində kənd təsərrüfatı texnikası satılıb. Bu məbləğin 59 milyon 502 min 369 manatı fermerlərə güzəşt edilib, 31 milyon 725 min 860 manatı isə kredit kimi onlara verilib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et