Kimlər, nə zaman və hansı qaydada güzəştdən faydalanacaq? | Banco.az

Kimlər, nə zaman və hansı qaydada güzəştdən faydalanacaq?

Problemli kreditlərin kompensasiya mexanizmi

Kimlər, nə zaman və hansı qaydada güzəştdən faydalanacaq?

Müəllif: Nüsrət Xəlilov, banco.az

Məlum olduğu kimi, bir neçə gün öncə, daha dəqiq desək 28 fevral 2019-cu il tarixində möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalamışdır.

Fərmana əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

Hərkəsdə sual doğuracaq bəzi əsas məqamları Fərmana əsasən aşağıda nəzərinizə çatdırıram:

  • İlk növbədə qeyd edək ki, güzəşt yalnız fiziki şəxslərin kreditləri üçün nəzərdə tutulub.
  • Güzəşt 10000 ABŞ dolları və 17000 AZN dək kreditlərə şamil ediləcək.
  • Güzəşt yalnız USD və AZN deyil, 10000 usd ekvivalentində olan bütün xarici valyutada ( rubl, avro v.s)  götürülmüş kreditlərə də şamil ediləcək.
  • Devalivasiya nəticəsində 10000 ABŞ dolları və ekvivalenti kreditlər üçün hesablanmış cərimə və faizlər silinəcək.
  • Güzəşt, vaxtı keçmiş kreditlərlə yanaşı, maliyə itkisini üzərinə alaraq öhdəliyini yerinə yetirmiş məsuliyyətli müştərilərə da şamil ediləcək. Onlar kreditlərini tam ödəməklərinə baxmayaraq, mövcüd mexanizmə əsasən onlar da kompensasiya əldə edə bil

    Ən sərfəli kredit üçün müraciət et

    əcəklər.
  • Güzəşt, bütün bank və ya kredit təşkilatlarından götürülmüş kreditlərə şamil ediləcək.
  • Devalivasiyadan sonra dollar kreditini manata çevirənlər də gözəştdən yararlanacaq.
  • Kompensasiya ilk növbədə fiziki şəxslərin bankalar qarşısında vaxtı keçmiş borcların ödənilməsinə yönəldiləcək, qalan məbləğ fiziki şəxsin adına açılacaq bank hesabına yönləndiriləcək. Məsələn, vətəndaşa ödənilməli olan kompensasiya 3000 dollardır və onun bank qarşısında 1000 dollar borcu var. Bu zaman 1000 dollar kreditin bağlanmasına, qalan 2000 dollar isə vətəndaşın hesabına yönəldilir.
  • 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi kompensasiya ödəniləcək;Yəni, 10000 dollar borcdan 1500 dollar silinəcək.
  • 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi kompensasiya nəzərdə tutulub. Yəni, 10000 dollar borcdan 3500 dollar silinəcək. 
  • Maksimim güzəşt ediləcək məbləğ 5000 dollardan çox ola bilməz.
  • Kompensasiya şəxsin bir neçə bankdakı kredit borcuna şamil ediləcək. Beləki, bu zaman bir neçə bankdakı öhdəliklərin cəmi 10000 dolları keçməməlidir.
  • Kompensasiya məbləği borcun ödənilməsinə kifayət etmirsə, qalan məbləğ üçün bir il güzəşt müddəti olmaqla, beş illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılacaq. Məsələn, vətəndaşın banka 5000 usd borcu var və onun kompensasiya məbləği 3000 dollardır. Qalan 2000 usd manata çevrilir və bu 3400 AZN üçün vətəndaşa 1 il güzəşt müddəti və qalan illər illik faiz dərəcəsi 1 % olmaqla kredit xətti açılır.
  • Güzəşt xarici valyuta ilə yanaşı manat kreditlərinə da şamil ediləcək. Yəni, məbləği 17 min manata qədər olan kreditlər də eyni şərtlərlə restrukturizasiya olunacaq. Yəni, kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı ildən çox, yəni 365 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya edəcək. Yəni manat kreditləri üçün kompensasiya verilməyəcək, onlar yuxarıdakı şərtlərlə restrukturizasiya olunacaq.
  • Fərman, ümumilikdə təxminən 900 minə yaxın vətəndaşı əhatə edəcək.
  • Vətəndaşlar kompensasiya məbləği haqqında aprelin ortalarına (daha dəqiqi aprelin 15 dək) qədər məlumatlandırılacaq və kompensasiyanın ödənilməsi prosesi mayın sonuna (mayın 28 dək)  qədər yekunlaşacaq.
  • Ləğv olan banklarda kreditləri olan fiziki şəxslərin kompensasiya prosesi üçün Əmanətlərin Sığortalanması Fondu məsuldur.
  • Məhkəmələrdə və icra prosesində olan bütün işlər banklara geri göndəriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et