Kimlər güzəştli ipoteka ala bilər? | Banco.az

Kimlər güzəştli ipoteka ala bilər?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İpoteka kreditləri İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına və bankların daxili vəsaiti hesabına verilə bilər. İpoteka Fondu hesabına verilən kreditlər dövlət tərəfindən müəyyən edilən standart şərtlərə cavab verilməlidir.

İpoteka kreditlərini adi və güzəştli şərtlərlə əldə etmək mümkündür.

Belə ki, adi ipoteka kreditlərinin maksimal məbləği 150 000 AZN-dirsə, güzəştli ipoteka kreditləri üçün bu məbləğ 100 000 AZN-dir. Güzəştli kreditlərdə maksimal müddət 30 il (adi kreditlərdə 25 il), minimal ilkin ödəniş 10% (adi kreditlərdə 15%), maksimal illik faiz dərəcəsi zəmanət verilmiş güzəştli kreditlər üçün 4% (adi – 8%), zəmanət verilməmiş kreditlər üçün isə 3,7%-dir (adi – 7%).

Həmçinin oxu: 

İpoteka kreditlərini hansı şərtlərlə əldə edə bilərik?

İpoteka kreditlərinin verilməsi üçün tələb olunan sənədlər - SİYAHI

Lakin güzəştlər hamıya şamil olunmur. İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ var:

  1. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər
  • şəhidin övladları;
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
  • Azərbaycanın Milli Qəhrəmanının övladları;
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı    (I, II və ya III yer);
  • Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
  1. Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  2. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  3. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
  4. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
  5. Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
  6. Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
  7. Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
  8. şəhid ailəsinin üzvü (əri/arvadı).
  9. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).
  10. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et