"JPMorgan" müflisləşmiş "First Republic Bank"ı satın alacaq | Banco.az

"JPMorgan" müflisləşmiş "First Republic Bank"ı satın alacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da bank böhranı zamanı iflas edən “First Republic Bank”ın bağlandığı elan olunub.

Banco.az xəbər verir ki, Federal Əmanətlərin Sığortalanması Fondu (FDIC) tərəfindən yayılan bəyanatda Kaliforniya Maliyyə Müdafiəsi və İnnovasiyalar Departamentinin “First Republic Bank”ı bağlı elan etdiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, bankın 93,5 milyard dollarlıq əmanətlərinin hamısı (sığortasız əmanətlər daxil olmaqla) və aktivlərinin böyük hissəsi JPMorgan-a satılacaq və bu satınalma FDIC-ə ehtimal ki, 13 milyard dollara başa gələcək.

Xatırladaq ki, “First Republic Bank”ın 13 aprel tarixinə 229,1 milyard dollar aktivi və 103,9 milyard dollar depoziti var idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et