İsveçrə saatlarının ixracı Çində tələbin azalması səbəbindən enib | Banco.az

İsveçrə saatlarının ixracı Çində tələbin azalması səbəbindən enib

Müəllif:Ayşən İmanova/Banco.az

İsveçrə saatlarının ixracı Çində tələbin azalması səbəbindən son dörd ildə ən böyük azalma ilə üzləşib.

Banco.az xəbər verir ki, İsveçrə Saat Sənayesi Federasiyasının məlumatına görə, 2024-cü ilin mart ayında ixrac əvvəlki illə müqayisədə dəyər baxımından 16% azalıb. Çinə göndərişlər 42% düşüb. 

Federasiya, pərakəndə satıcıların sifarişləri geri çəkməsi səbəbindən mart ayında İsveçrədən göndərilən saatların sayının 25% azalaraq 1,1 milyon ədədə düşdüyünü bildirib.

Yüksək faiz dərəcələri, zəifləyən iqtisadi artım və geosiyasi münaqişələr istehlakçıları dəbdəbəli saatlar almağı yenidən nəzərdən keçirməyə vadar edib.

Qeyd edək ki, Çin İsveçrə saatları üçün ikinci ən böyük bazardır. Agentlik həmçinin Honq Konqu bu sahədə ayrıca sektor kimi müəyyən edir. Orada isə saatların tədarükü 44% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et