İspaniya hökuməti inflyasiya ilə mübarizə üçün yeni dəstək paketi elan edib | Banco.az

İspaniya hökuməti inflyasiya ilə mübarizə üçün yeni dəstək paketi elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İspaniya hökuməti sayca üçüncü iqtisadi dəstək paketini elan edib.

Banco.az xəbər verir ki, İspaniyada Pedro Sançesin başçılıq etdiyi solçu koalisiya hökuməti Ukraynadakı müharibənin təsirlərini azaltmaq üçün müxtəlif tədbirləri özündə əks etdirən, ümumilikdə 10 milyard avroluq üçüncü iqtisadi dəstək paketini açıqlayıb.

Baş nazir bu barədə keçirdiyi mətbuat konfransında məlumat verib.

O, inflyasiya ilə mübarizə çərçivəsində çörək, çörək unu, süd, pendir və yumurta kimi əsas qida məhsullarına tətbiq edilən vergilərin ləğv ediləcəyini, zeytun yağı və makarondan alınan verginin 10 faizdən 5 faizə endiriləcəyini, bununla yanaşı, gəliri 27 min avrodan aşağı olan 4,2 milyon işçi sinfinə 200 avroluq birbaşa yardım çeki veriləcəyini açıqlayıb.

Hökumətin hazırladığı sonuncu paket elektrik enerjisi və qaz qiymətlərində vergi endirimlərinin müddətinin 6 ay da uzadılmasını, çətin vəziyyətdə olan ev təsərrüfatlarının elektrik enerjisinin kəsilməsinin dayandırılmasını və kirayə haqqının 2 faizlə məhdudlaşdırılmasını nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, qazdan intensiv istifadə edən emal sənayesinə dəstək üçün isə 950 milyon avro resursun ayrılacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et