İspaniya brendi 2,7 milyard dollarlıq IPO etməyi planlaşdırır | Banco.az

İspaniya brendi 2,7 milyard dollarlıq IPO etməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

İspaniyanın “Puig” kosmetik qrupu 2,7 milyard dollarlıq IPO etməyi planlaşdırır.

“Paco Rabanne”  və “Carolina Herrera” brendlərinin sahibi olan “Puig” ətir və kosmetika qrupu İspaniyada 2,5 milyard avrodan çox gəlir əldə etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, şirkətin rəhbəri Mark Puig hesab edir ki, bazar biznesi qaydalarına riayət etmək ailə şirkətinə fayda verəcək və onun rəqabət üstünlüyünə çevriləcək.

Puig gəlirləri gələcək strateji sərmayələri maliyyələşdirmək, həmçinin “Byredo” ətri və “Charlotte Tilbury” brendlərinin əlavə mülkiyyətinə dair son alışlarını yenidən maliyyələşdirmək üçün istifadə etməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

"Biz inanırıq ki, bazara cavabdeh olan bir ailə şirkətinin balans hesabatı, böyüməmizin növbəti mərhələsində beynəlxalq gözəllik bazarında daha yaxşı rəqabət aparmağa imkan verəcək" ,- deyə Mark Puig bildirib.

Qeyd edək ki, Puig qlobal lüks ətir bazarının 11%-nə nəzarət edir. Ötən il şirkətin dekorativ kosmetika və dəriyə qulluq məhsullarının satışı 4,3 milyard avro təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 19% çoxdur. Nəhəng “L'Oréal” və “Estée Lauder” ilə müqayisədə “Puig”-in biznesi kiçikdir. Lakin şirkət son 12 ildə 11 sövdələşmədə  satınalmalar yolu ilə son illərdə sürətlə böyüyüb. Alınan aktivlər arasında Britaniya kosmetika brendi “Charlotte Tilbury” və Belçikanın “Dries Van Noten”moda evi var.

Ən sərfəli krediti almaq üçün müraciət et