İSB növbəti kompensasiya ödənişi həyata keçirib | Banco.az

İSB növbəti kompensasiya ödənişi həyata keçirib

İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilmişdir. Bu barədə məlumatı Banco.az portalı İSB-na istinadən məlumat verir.

Beləliklə, İcbari Sığorta Bürosu tərəfindən 14 noyabr 2013-cü il tarixdə Ələt-Astara-İran yolunun ərazisindən keçən hissəsinin 138-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün  vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına  5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişi poçt vasitəsi ilə 17 fevral  2015-ci il tarixdə köçürülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda 29 sentyabr 2013-cü il tarixdə Xaçmaz rayonu Qəməl-Qışlaq kənd yolunun 3-cü kilometrində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına  5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişi poçt vasitəsi ilə 17 fevral 2015-ci il tarixdə köçürülmüşdür.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç