İran ölkə turizmini dirçəltmək üçün VACİB qərar qəbul edib | Banco.az

İran ölkə turizmini dirçəltmək üçün VACİB qərar qəbul edib

İran İslam Respublikası ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə turizm sektorunda bəzi problemlərlə üzləşib. Beləki, bir çox turist məhz bu sanksiyalara görə, bu ölkəyə səyahət planlarını təxirə salır. Bu isə öz növbəsində İran iqtisadiyyatına və turizminə mənfi təsir göstərir. Bunu nəzərə alan İran tərəfi vəziyyətdən çıxış yolu kimi ölkəyə səfər edən turistlərin passportuna giriş haqda məlumat verən peçatı vurmamaq qərarına gəlib. Bu yolla həm turist ölkəyə səfər edəcək, həm də öz növbəsində sanksiyalarla əlaqədar problemlərlə qarşılaşmayacaq. Bu haqda məlumatı İranın mədəni irs, balıqçılıq və turizm üzrə təşkilatının rəhbəri Əli Əsgər Munesan verib. Qərar artıq Munesanın özü və Turizm və Sənaye Nazirliyi tərəfindən də təstiq olunub. Qərarın qəbul olunması üçün iş Nazirlər Kabinetinə təhvil verilib.

Ən sərfəli kredit üçün müraciət et

Statistikaya görə, bu ilin ilk dörd ayı ərzində İranı ziyarət edən ziyarətçilərin sayı 38% artıb və eyni zamanda ölkəyə səfər edən avropalı turistlərin sayı azalıb. Munesanın sözlərinə görə, onlar bu qərardan sonra vəziyyətin dəyişəcəyinə ümid edirlər.

Xatırladaq ki, ABŞ-nın İrana qarşı sanksiyası 7 avqust tarixindən etibarən qüvvəyə minib.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et