İqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb | Banco.az

İqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb

Bu gün 2020-ci il iqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

Mükafat Paul R. Milgrom və Robert B. Wilsona verilib.

Onlar bu mükafata "Hərrac nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə" nail olublar.

Paul R. Milgrom (Pol Robert Milqrom) 1948-ci ildə ABŞ-ın Detroyt şəhərində anadan olub. Bakalavr təhsilini Miçiqan və Stenford Universitetlərini bitirib, 1992-ci ildən Amerika Elm və İncəsənət Akademiyasının üzvüdür.

Robert B. Wilson (Robert B. Uilson) isə 1937-ci ildə ABŞ-ın Nebraska ştatında anadan olub. 1999-cu ildən Ekonometrik Cəmiyyətinin prezidentidir. 

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et