İqtisadi fəal əhalinin 95,5 faizi məşğuldur | Banco.az

İqtisadi fəal əhalinin 95,5 faizi məşğuldur

2019-cu il mayın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 140,8 min nəfər olub və onlardan 4 milyon 887,1 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 580,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 896,2 min nəfər, qeyri-dövlət sektorunda isə 684,6 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 546,3 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi emal sənayesində, 6,9 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Ən sərfəli kredit üçün müraciət et

Xidmət sahəsində işləyənlərin 21,2 faizi təhsil; 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri; 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi; 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat; 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı; 3,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi; 3,5 faizi istirahət, əyləncə və incəsənət; 3,5 faizi peşə, elmi və texniki fəaliyyət; 1,7 faizi informasiya və rabitə; 1,6 faizi maliyyə və sığorta fəaliyyəti; 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə: 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç