iPhone X smartfonunu təcrübə keçən praktikant tələbələr yığmışlar | Banco.az

iPhone X smartfonunu təcrübə keçən praktikant tələbələr yığmışlar

Apple şirkəti onun əsas istehsalat tərəfdaşı olan Tayvanın Foxconn Technology konsorsiumuna daxil olan Hon Hai Precision İndustry Co. şirkəti özünün iPhone X flaqman smartfonunun yığılmasına təcrübə keçən(praktikant) tələbələri cəlb edərək onları iş vaxtından əlavə qanunsuz olaraq işlətmişdir. Bu haqda Blumberq(Bloomberg) nəşriyyatı noyabrın sonunda məlumat vermişdir.

Apple şirkətindən bildirmişlər ki, onlarda bu yaxınlarda aparılan yoxlama zamanı təcrübə keçən tələbələrin iş vaxtından artıq işləməsi faktından xəbər tutmuş və məlum olandakı bir neçə praktikant tələbələr iş vaxtından əlavə işlədilmişdir onlar dərhal təxirə salınmadan tədbirlər görmüşlər.

Financial Times qəzetinin 2017-ci ilin sentyabr ayında “Hon Hai Precision” fabrikinlərindən birinə Henan vilayətinin paytaxtı Çençjou(Zhengzhou) dəmir yolu nəqliyyatı texnikomunun 3 minə yaxın tələbəsinin adı çəkilən şirkətə yollanması haqqında məqaləsi çapdan çıxdıqdan sonra Apple şərh vermək məcburiyyəti qarşısında qalmışdır.

Məqalədə qeyd olunur ki, Foxconn şirkətində 3 aylıq təcrübə keçmək məcburidir və bu proses tələbələrə ona görə lazımdır ki, təhsil müəssisəsini bitirmək haqqında diplom ala bilsinlər. Adı çəkilən nəşrə 11 tələbə bildirmişdir ki, “Apple”in flaqman telefonunun yığılmasına mütəmadi olaraq gündə 11 saat əmək sərf etmişlər ki, bu isə Çin qanunvericiliyinin pozulması deməkdir. Sonuncuya uyğun olaraq praktikant tələbələr həftədə 40 saatdan artıq işləyə bilməzlər.

Ən sərfəli kredit üçün müraciət et

Foxconn onun fabriklərində tələbələrin vaxtından artıq işləməsi faktını etiraf edərək bunun şirkətin siyasətinə zidd olduğunu bildirmişlər. Şirkətdən bildirmişlər ki, vəziyyətin qaydaya salınması üçün tədbirlər görülmüş və gələcəkdə belə bir halın baş verməməsinə çalışılacaqdır.

Qeyd etmək istərdim ki, Apple şirkəti özünün yeni flaqman iPhone X smartfonunu 12 sentyabr 2017-ci ildə təqdim etmişdir. Smartfonda əsas yenilik onun displeyi(OLED ekran) və biometrik müdafiə sistemi ilə bağlı olmasıdır.

Smartfonun adındakı “X” hərf kimi deyil rum rəqəmi “on” istifadə edilmişdir.

Mənbə: digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et