iPhone – u olmayan Apple səhmdarı kimdir? | Banco.az

iPhone – u olmayan Apple səhmdarı kimdir?

Təqribən 80 milyon dollar dəyərində sərvəti ilə dünyanın ən varlı 3 – cü insanı və sahib olduğu 23 milyard dollarlıq səhmi ilə Apple şirkətinin ən böyük 5 – ci səhmdarı olan Warren Buffet Apple CEO – su Tim KukStiv Cobsun ona iPhone telefonu satmağa çalışdıqlarını, ancaq buna nail ola bilmədiklərini söyləyib.

Həmçinin oxu: Warren Buffet-ın biznesində etdiyi 4 səhv

Verdiyi müsahiblərin birində bu haqda açıqlama edən Buffet, Tim Kukun hər Yeni ildə ona təbrik kartı göndərdiyini və bu kartın üzərində Kukun ona mobil telefon satmaq istədiyinin yazıldığını qeyd edib.

Həmçinin oxu: Dünyaca tanınmış şirkətlərin ilk məhsullarından xəbəriniz varmı?

Ən sərfəli kredit üçün müraciət et

Buffet, Tim Kukdan əvvəl yaxın münasibətinin olduğu Stiv Cobs üçün də qatıldığı bir proqramda “Stiv mənə iPhone satmaq istəyirdi” deyə bildirmişdi.

Apple şirkətindəki səhmlərinin dəyəri 23 milyard dollar olan Buffet, inkişaf edən texnologiyaya rəğmən, seçiminin qapaqlı telefonlar içərisindən olduğunu söyləyib. Ünvanlanan suala zarafatyana bir cavab verən Buffet, “Mənim iPhone aldığım gün, qalan son insan da iPhone almış olacaq” deyə bildirib.

Qeyd edək ki, Buffet iPhone istifadə etməyən tək insan deyil. Belə ki, 2016 – cı ildə dünya üzrə 510 milyon ədəd qapaqlı telefon satışı həyata keçirilmişdir.

Həmçinin oxu: Tanınmış milyonçular hansı avtomobilləri idarə edir?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et