İlk rüb bank sektoru üçün necə nəticələndi: mənfəət ya zərər? | Banco.az

İlk rüb bank sektoru üçün necə nəticələndi: mənfəət ya zərər?

Azərbaycan bank sektorunun aktivləri bu il aprelin 1-nə 29 980,1 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 4,6% azdır.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verilir.

Bankların aktivlərinin 50,2%-ni və yaxud 15 053,1 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin I rübündə bankların kredit portfeli 5,5% kiçilib.

3 ay ərzində bankların cəmi öhdəlikləri 7,8% azalaraq 27 219,9 mln. manat, o cümlədən depozit portfeli 3,4% azalaraq 15 844,7 mln. manat olub. Bunun 6 889,2 mln. manatını fiziki şəxslərin depozitləri, 8955,5 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əhalinin əmanətləri 7,3%, şirkətlərin vəsaitləri isə 0,25% azalıb.

Yanvar-mart aylarında bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 49,4% azalaraq 857,4 mln. manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə kredit təşkilatlatının balans kapitalı 44,6% artaraq 2 760,2 mln. manata çatıb.

I rübdə bankların faiz gəlirləri 512,9 mln. manat, faiz xərcləri 253,7 mln. manat, qeyri-faiz gəlirləri 272 mln. manat, qeyri-faiz xərcləri 221 mln. manat təşkil edib. Son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 310,2 mln. manat olub.

Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 180,7 mln. manat yönəldib, digər mənbələrdən 2,7 mln. manat gəlir əldə edib, 8,7 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da Azərbaycanın bank sektoru ilin ilk 3 ayını 123,4 mln. manat xalis mənfəətlə başa vurub. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et