Ilk Bitkoyn milyarderləri- Çukerberqlə məhkəmələri olmuş “Vinklvos” əkiz qardaşları | Banco.az

Ilk Bitkoyn milyarderləri- Çukerberqlə məhkəmələri olmuş “Vinklvos” əkiz qardaşları

2017-ci ilin dekabrın ilk günləri dünyanın ilk bitkoyn(bitcoin) milyarderlərinin adları məlum olmuşdur. Bunlar Tayler və Kameron Vinklvos(Tyler and Cameron Winklevoss)  ekiz qardaşlarıdır. Onlar bu qədər varidata bitkoyna qoyduqları investisiya hesabına nail olmuşlar.

Britaniya KİV-lərinin verdiyi məlumata əsasən biznesmen qardaşlar 2013-cü ildə dünya bitkoyn ehtiyatının 1%-ni 11 milyon dollara almışlar. O zaman virtual valyutanın dəyəri 120 dollar təşkil edirdi. 3 dekabr 2017-ci il tarixində isə onun kursunun artaraq 11600 dollar təşkil etməsi səbəbindən qardaşların kapitalı 1 milyard dollar həddini aşmışdır. Britaniya mətbuatı onların tarixə ilk bitkoyn milyarderləri kimi düşdüyünü bildirirlər.

Əkiz Vinklvos qardaşlarının “Facebook”un yaradıcısı Mark Çukerberqlə(Mark Zuckerberg) üzun müddət məhkəmə çəkişməsi hələ bir neçə il bundan qabaq dünya mətbuatının diqqətini çəkmişdir. Belə ki, iddiaya əsasən əkiz qardaşlar onların beyninin məhsulu olan HarvardConnection sosial şəbəkəsini yaratmaq ideyası üzərində işləyən zaman məhz Çukerberq onlardan bu ideyanı oğurlayaraq “Facebook”u yaratmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Uzun sürən məhkəmədən sonra Çukerberq ekiz qardaşlarla sülh razılaşması imzalayaraq sonda onlara 65 milyon dollara yaxın pul ödəmişdir. Güman edilir ki, məhz bu pulla sahibkar ekiz qardaşlar bitkoyni almışlar.

Qeyd edim ki, Tayler hələ müsahibələrinin birində bitkoyni “qızılın yaxşılaşdırılmış versiya“sı adlandırmışdır.

Mənbə: digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et