İcbari sığortanın tətbiq olunmamasına cərimələr necə hesablanır? - MİSAL | Banco.az

İcbari sığortanın tətbiq olunmamasına cərimələr necə hesablanır? - MİSAL

İşçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməməsinə görə işəgötürənlər üçün İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.

Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, Məcəllənin 469.2-ci bəndinə əsasən, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Misal. Tutaq ki, "A" MMC-də keçirilən yoxlamalar zamanı işçilərin icbari sığortasının olmadığı müəyyən edilib. Yoxlamanın nəticəsi olaraq vəzifəli şəxs kimi "A" MMC-nin rəhbəri 1.500 manat məbləğində cərimə edilir.

"A" MMC-nin hüquqi şəxs kimi cərimə olunmasına gəlincə, İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Əgər səlahiyyətli orqanlar, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati xəta üzrə hüquqi şəxsin cərimələnməsinə kifayət qədər əsaslar müəyyən edərsə, bu zaman inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmənin qərarına əsasən, "A" MMC 5.000 manat məbləğində cərimə edilə bilər.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et