Gürcüstanın Azərbaycana investisiya qoyuluşu 57% artıb | Banco.az

Gürcüstanın Azərbaycana investisiya qoyuluşu 57% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Gürcüstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 39 milyon 648 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 56,7% və ya 14 milyon 349 min dollar çoxdur. 

Qeyd edək ki, 2022-ci ildə Gürcüstanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 25 milyon 299 min dollar təşkil edib. Hesabat ilində Azərbaycana ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq (1 milyard 857 milyon 64 min dollar) olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et