Günəş panelləri gümüşün qiymətində artıma səbəb oldu | Banco.az

Günəş panelləri gümüşün qiymətində artıma səbəb oldu

Günəş panellerinə olan tələbin artması ilə birlikdə, günəş panellərinin bir nömrəli vəsaiti gümüşün qiyməti dünya səviyyəsində artıma keçdi. Kent Universitetinin yayımladığı bir araşdırmaya görə, gümüş qiymətlərindəki artımla birlikdə panellərin istehsal dəyərində də böyük bir artım görülə bilər.

İngiltərə Kent Universitetinin tələbələri günəş panellərinə olan tələbatın artdığını və gümüşün qiymətinin yenilənə bilən enerji mənbələrinə səbəb olduğunu araşdırdılar. Günəş paneli istehsalının əsas tərkib hissəsi kimi yaxşı elektrik və istilik keçiriciliği olan gümüş istifadə olunur. Panel başına 20 qram gümüş istifadə edilir və bu da hər bir panelin qiymətləndirilməsində gümüşün təxminən 6,1%-lik payı olduğunu göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Araşdırmada istifadə olunan məlumatlar, London Qiymətli Metallar Bazan Assosiasiyası (LBMA) tərəfindən ölçülən üç aylıq gümüş qiymətlərindən alındı. Ayrıca tələb və qiymət arasındakı əlaqəni həll etmək adına 1990 ilə 2016-cı illər arasındakı günəş enerjisi tutumu və brüt günəş paneli elektriki istehsalına baxıldı. Alınan nəticələrdən gümüş qiymətləri və günəş paneli tələbinin bir artım göstərdiyi məlum oldu. Tədqiqatçılar qiymətlərin artması halında, günəş paneli istehsalının daha bahalı olacağını və panellərin daha yüksək qiymətə satışa çıxarılacağını da əlavə etdi.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et