Google öz həmkarlarını təhqir edən işçilərini qovmaq haqda qanun qəbul edib | Banco.az

Google öz həmkarlarını təhqir edən işçilərini qovmaq haqda qanun qəbul edib

Google bir çox insanların xəyallarında yaşatdığı iş məkanıdır. Şirkətə qəbul olmaq nə qədər çətin olsa da qarşılığında təklif olunan prespektivlər bunu anlamağa imkan verir. Google öz işçi heyətinə ən çox şərait yaradan qlobal şirkətlərdən biridir.

Şirkətin nüfuzu yalnız onun qlobal səviyyədə tanınması deyil, işçilərinə münasibətinə görə də fərqlilik təşkil edir. Google hər zaman öz maraqlı çıxışları ilə diqqət çəkməkdədir. Beləki, şirkətin yeni qanununa görə işçilər istər şirkət daxilində istər online  rejimdə bir-birini təhqir edə bilməz. Bu haqda The Wall Street Journal-ı məlumat paylaşıb. Bunun üçün onlar moderatorlara xüsusi tapşırıq da veriblər. Qaydaları pozanlar qovulmaq riskini gözə almalıdırlar. Google hər zaman işçi heyəti arasındakı münasibətlərə diqqət yetirib. Buna misal olaraq 2017-ci ildə şirkətin qaydalarına zidd hərəkət edən mühəndis Ceyms Domarı göstərmək olar. O, öz facebook hesabında şirkətdə qadınların kişilərədən fərqliliyi mövzusuna etirazını bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə Google “Kalendar” xidmətini yeniləyərək “Ofisdə deyil” rejimini əlavə etmişdir. Hansı ki, bu yolla işçi uyğun işdə olub-olmadığını qeyd edə bilir. “Ofisdə deyil” rejimi qeyd olunduğu halda sistem gələn təklifləri rədd edəcək.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et