Gənclər, Kapital Bank-ın Sizə işi düşüb! | Banco.az

Gənclər, Kapital Bank-ın Sizə işi düşüb!

Əgər Siz "Kapital Bank"-ın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik!

1)Monitorinq və nəzarət şöbəsinin rəisi

Öhdəliklər:

  • Filialların gündəlik iş rejiminə nəzarət;
  • Filialın qəbul olunmuş standartlara nə dərəcədə uyğunluğunu yoxlamaq;
  • Filialın əməkdaşlarının geyim formasına, müştərilərlə davranışına, səliqələrinə və ümumiyyətlə kadrların Bankın korporativ standartlarına uyğunluğunu yoxlamaq;
  • KPİ-a düzgün əməl olunmasına nəzarət (planların icrasına və s.);
  • Filialda əməliyyat riski yarada biləcək və insan faktoru ilə bağlı olan prosedurların yoxlanması;
  • Mərkəzi Bankın filiallarla bağlı tələblərinə əməl olunmasının yoxlanması;
  • Digər nəzarət funksiyalı (Risk, Komplayns və s.) departamentlərlə əlaqəli iş, onların təyin etdiyi risklərə, səhvlərə bir daha yol verilməməsi üçün nəzarət sisteminə filiallar tərəfindən əməl olunmasına çalışmaq və s.

Tələblər:

  • Ali iqtisadi və ya hüquq təhsili;
  • Filial sahəsində minimum 5 il təcrübə;
  • Bank qanunvericiliyinə bələdlik;
  •  Monitorinq üzrə iş təcrübəsi;
  • Filialdaxili proseslər haqqında məlumatlılıq;
  • MS Office-dən istifadə bacarığı;
  • Mükəmməl Azərbaycan dili biliyi (ingilis və rus dillərini bilən namizədlərə üstünlük verilir);
  • Regionlara ezamiyyətə gedə bilmək imkanı;
  • Xüsusi bacarıqlar: 
  • Çeviklik və ünsiyyətcillik;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Komanda işini bilmək.

Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur CV-nizi "Monitorinq və nəzarət şöbəsi” qeydi ilə [email protected] ünvanına göndərəsiniz.

2)Strateji layihələr departamentinin layihə administratoru

Öhdəliklər:

  • Layihə sənədlərinin hazırlaması;
  • Layihə üzrə planlaşdırma işlərinin aparılması;
  • Layihədə iştirak edən tərəflər arasında koordinasiyanın təşkili;
  • Layihə iştirakçıları ilə görüşlərin keçirilməsi;
  • Layihə gedişi üzrə hesabatların hazırlanması.

Tələblər:

Ən sərfəli kredit üçün müraciət et

  • Ali iqtisadi və ya texniki təhsil;
  • Müvafiq sahədə ən azı 1 il təcrübə;
  • MS Office, xüsusilə MS Word, Excel proqramları üzrə dərin biliklər;
  • Ünsiyyətcillik;
  • Pozitiv dünyagörüş;
  • Öz fikrini düzgün ifadə etmək bacarığı;
  • Komandada işləmə qabiliyyəti;
  • Mükəmməl Azərbaycan və rus dilləri, istifadə dərəcəsində İngilis dili biliyi;  
  • Nəzarətdə səliqəlilik;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirmə meyli.

Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur, CV-nizi "Layihə administratoru” qeydilə [email protected] ünvanına göndərəsiniz.

3)Maliyyə menecmenti departamentinin maliyyə analitiki

Öhdəliklər:

  • Maliyyə hesabatlarının hazırlanması;
  • Maliyyə göstəricilərinin analizi

Tələblər:

  • Ali iqtisadi və ya riyazi təhsil;
  • ACCA və ya CFA üzrə biliklər (statistic biliklər arzuolunandır);
  • Güclü analitik qabiliyyət və riyazi təfəkkür;
  • Problemləri həlletmə bacarığı;
  • MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər;
  • Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində ingilis və rus dili bilikləri;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirmə meyli.

Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur, CV-nizi "Maliyyə analitiki” qeydi ilə [email protected]  ünvanına göndərəsiniz.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et