Gələn il Wi-Fi pulsuz olacaq | Banco.az

Gələn il Wi-Fi pulsuz olacaq

Artıq 2015-ci ildə interneti daha mükəmməl auternet əvəz edəcəkdir.

Auternetin əsas üstünlüyü odur ki, dünya əhalisi Wi-Fi siqnallarını pulsuz və simsiz şəbəkə vasitəsilə ala biləcək. Bu layihə kosmik aparat vasitəsilə həyata keçiriləcək. Auternetdən istifadə üçün parola da ehtiyac qalmayacaq.

Möhtəşəm layihənin reallaşdırılması məqsədilə yerətrafı orbitə yüzlərlə miniatür sputniklər buraxılacaq ki, onun vasitəsilə kompüterlərə və mobil telefonlara çıxış təmin ediləcək. Auternet “datacasting” texnologiyası əsasında fəaliyyət göstərərək, informasiyanı geniş radiodalğaların köməyilə ötürəcək.

Layihənin həyata keçirilməsini “Media Development Investment Fund” (MDIF) təşkilatı öz üzərinə götürüb.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et