"Gələn il süni intellekt ən ağıllı insandan belə daha ağıllı olacaq" | Banco.az

"Gələn il süni intellekt ən ağıllı insandan belə daha ağıllı olacaq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask: "Gələn il süni intellekt ən ağıllı insandan belə daha ağıllı olacaq."

Banco.az xəbər verir ki, "Tesla"nın baş direktoru İlon Mask Norveçin sərvət fondunun baş direktoru Nikolay Tangenə süni intellektin inkişafı və gələcəyi ilə bağlı qiymətləndirmələr edib.

Mask süni intellektin (AI) gələn il və ya 2026-cı ilə qədər ən ağıllı insandan daha ağıllı olacağını söyləyib.

Süni intellektin inkişafının elektrik enerjisinin mövcudluğu səbəbindən məhdudlaşdırıldığını deyən Mask AGI-nin (süni ümumi intellektin) inkişaf qrafiki haqqında da fikirlərini bildirib.

Digər tərəfdən Mask qabaqcıl çiplərin olmamasının xAI startapının süni intellekt çatbotu Grok-un 2-ci versiya modelinin hazırlanmasına mane olduğunu dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İlon Mask ötən il "xAI" startapını qeyri-kommersiya əsasında bəşəriyyətin xeyrinə süni intellekt inkişaf etdirmək missiyasından imtina etdiyi üçün məhkəməyə verdiyi "OpenAI"yə rəqib olaraq yaratmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et