Fitnes zallarında qiymətlər necədir?- Araşdırma | Banco.az

Fitnes zallarında qiymətlər necədir?- Araşdırma

Sağlam və formada olmaq istəyi fitnes zallarına olan marağı günü-gündən artırır. Bəs sağlam şəkildə istədiyimiz formaya çatmaq və həmin bədən quruluşunu qoruyub saxlamaq bizə nə qədər xərcə başa gəlir?

Bu idman zallarının bizə təklif etdiyi qiymətlər onun təklif etdiyi əlavə xidmətlərdən (məşqçi məsləhəti, sauna, proqram və s.), yerləşdiyi yerdən, zalın rahatlığından asılı olaraq dəyişir. Həmçinin bəzi zallarda qadın və kişilərə fərqli qiymətlər tətbiq edilir. Bəzi idman zallarında qadın və kişilər üçün fərqli zallar olsa da, bəzilərində sadəcə ümumi zaldır. Ümumi zal olduqda, əksər hallarda kişi və qadınlar üçün fərqli saatlar tətbiq olunur. Bir sıra idman zalları isə yalnız qadınlar üçün nəzərdə tutulub.

Banco.az Bakıda yerləşən fitnes zallarında 12 gediş, yəni həftədə 3 dəfə və limitsiz məşqlərin bir aylıq qiymətlərini araşdırıb.

Qiymətlərə məşqçi məsləhəti də daxildir. Lakin bu məşqçinin daim sizinlə məşğul olacağı mənasına gəlmir. Bu sadəcə zaldakı idman alətlərindən doğru şəkildə istifadə etməyiniz üçündür.

Tək qeyd olunan qiymətlər həm kişilər, həm də xanımlar üçün keçərlidir. İki qiymət qeyd olunan fitnes zallarında isə ilk qeyd olunan qiymət xanımlar üçün, ikinci qeyd olunan qiymət isə kişilər üçün keçərlidir.

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Old City Gym, Novira Fitness Club, Mehman Fitness, BT Fitness, Gladiator, Shakh Fitness, Evolution Gym Legion, Kral Fitness Club, Bronson Legendary Gym, Arslan Fitnes Mərkəzi, Markiza Fitness Spa Beauty, F-land Sport, Bull Gym Fitness Center, Baku GYM, X GYM, Energym, Wolf Fitness, Lady Gym, Fitness Magnolia, Spa Sparta, Fitbody Gym,Fitness ROOF 24-hour Fitness, Tornado GYM, GYM Narimanov, Orbita Gym Fitness, Atom İdman Klubu, General Fit, Astoria Baku, Cobra GYM Club, Amina Fitness, Monster Gym Fitness, Steel GYM, Atilla Fitness, FitnessLab, Gold Fitness, Lion Fitness Park Underground Gym Baku Black Cube Vikings fitnes club Healthy Gym Sapfir Fitness Spa Mərkəzi AAAF İdman Mərkəzi Oxygen Fitnes Zone Golden Gym Fitness LA FITNESS & SPA Adrenalin Fitness Club Olimpik Star Krossfit Skaut Vitr Fitness FS CLUB Kristal Bodyline Fitness Spa Alpha Gym Fitness Center Limak Fitness Park Sportlife Fitness Club VEQAS Fitness & Swim Nurşən Fitnes Spa merkezi Body Factory Pro Fitness 4life Fitness FS CLUB Edem Life Fitness Qadın Klubu Miss Fitness Jeyhun Valiyev Fitness FS CLUB Megacity Aydan Fitness & SPA Centre Atrium İdman və Əyləncə Kompleksi Green Fitness & Spa

Ən sərfəli krediti almaq üçün müraciət et