FED maraqla gözlənilən faiz qərarını açıqlayıb | Banco.az

FED maraqla gözlənilən faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED bazarların maraqla gözlədiyi uçot dərəcəsini elan edib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) dünən keçirdiyi iclasda federal maliyyələşdirmə dərəcəsini 5-5,25 faiz aralığında sabit saxlayıb.

Ekspertlər də məhz belə nəticə gözləyirdilər ki, bununla da FED 15 aydan sonra ilk dəfə faiz artımı tempini dayandırıb. Qərar yekdilliklə qəbul edilib.

Xatırladaq ki, faiz artım tempinə 2022-ci ilin mart ayında başlayan mərkəzi bank 2023-cü ilin may ayına qədər olan 14 ay ərzində uçot dərəcəsini ümumilikdə 500 baza bəndi artırıb. FED-in növbəti faiz qərarı isə iyulun 26-da açıqlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et