"Facebook" şirkəti "WhatsApp" və "Instagram"a yeni funksiyalar əlavə edəcək | Banco.az

"Facebook" şirkəti "WhatsApp" və "Instagram"a yeni funksiyalar əlavə edəcək

Tamara Mustafayeva, Banco.az

"Facebook" şirkəti müəssisələr üçün "WhatsApp" və "Instagram"a yeni əlavə ediləcək funksiyaları elan edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, şirkətin bildirdiyinə görə, "WhatsApp" platformasında "Alış-veriş", "Instagram"da isə "Vizual Axtarış" funksiyaları aktiv ediləcək. 

Belə ki, şirkətin CEO-su Mark Zuckerberg açıqlama edərək həm "WhatsApp", həm də "Facebook Marketplace"ə "Alış-veriş" bölməsinin əlavə ediləcəyini bildirib. Biznes sahiblərinə mağaza reklam həlləri vasitəsilə fərdiləşdirmə imkanı yaratmağa hazırlaşan sosial media şirkəti "Alış-veriş Reklamları" ilə istifadəçilərə əvvəlki alış-veriş vərdişlərinə uyğun reklamlar göstərəcək. 

Bununla yanaşı, "Facebook" şirkəti tabeliyində olan digər sosial media platforması "Instagram"da da vizual axtarış və artırılmış reallığa əsaslanan "AR Dinamik Reklamlar" texnologiyasından istifadə edəcək. Mövzu ilə bağlı şirkətdən edilən açıqlama isə belədir:

"Bu il "Instagram" platformasında süni intellekt texnologiyasının köməyilə yeni vizual axtarış funksiyasını sınaqdan keçirməyə başlayacağıq. Bu funksiya insanların bəyəndikləri hər hansı bir geyimin fotoşəklinə toxunmaqla oxşar məhsulları tapmasına imkan yaradacaq. Yaxın gələcəkdə isə insanların vizual axtarış üçün öz cihazlarının kamerasından fotoşəkil çəkmələrinə də şərait yaratmağı düşünürük."

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et