Expressbank ilin ilk yarısında mənfəətdədir | Banco.az

Expressbank ilin ilk yarısında mənfəətdədir

Expressbank 2017-ci ilin ikinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb. 

Balans hesabatı"na əsasən sözügedən dövrdə bankın cəmi aktivləri 280,085  mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin eyni dövründə bankın aktivləri hazırki göstərici ilə təqribən eyni olaraq 280,749 mln. manat təşkil edirdi. 

Bankın cəmi öhdəlikləri isə 2017-ci ilin birinci rübü ilə müqayisədə 6,3% azalaraq 136,404  mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

30 iyun 2017-ci il tarixinə bankın kredit portfeli əvvəlki 2 rüblə müqayisədə azalaraq 167,864 mln. manat səviyyəsində olub.Bankın depozit portfeli isə artaraq 106,772  mln. manat olub. Belə ki, ötən ilin 30 iyun hesabatlarında bankın depozit portfeli 76,981 mln. manat olub. Bu isə depozit portfelinin 38,7% artdığını göstərir.

Expressbankın cəmi kapitalı isə 143,681 mln. manat həcmində olub.

Expressbank cari ilin ikinci rübünü mənfəət ilə başa vurub. Bankın xalis mənfəəti 1,78 mln. manat olub.

 

Ən sərfəli krediti almaq üçün müraciət et