Ən varlı 10 insan bir günə 14 milyard dollardan çox pul itirdi | Banco.az

Ən varlı 10 insan bir günə 14 milyard dollardan çox pul itirdi

ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması dünyanın ən varlı 10 insanının bir günə 14 milyard dollardan çox pul itirməsi ilə nəticələnib.

Xarici mətbuat xəbər verir ki, buna səbəb onlara məxsus şirkətlərin səhmlərinin ucuzlaşmasıdır.

Ən böyük itki ilə ABŞ-ın transmilli texnologiya şirkəti - "Amazon"un sahibi Cef Bezos üzləşib - 3,25 milyard dollar.

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook"un sahibi Mark Zükerberq, texnologiya nəhəngi "Microsoft"un sahibi Bil Qeyts, məşhur axtarış sisemi "Google-Alphabet"in sahibləri Larri Peyc və Sergey Brin, digər texnologiya nəhəngi "Oracle"ın sahibi Larri Ellison, eləcə də investisiya şirkəti "Berkshire Hathaway"in sahibi Uorren Baffet isə 1,3-1,8 milyard dollar arasında itki ilə üzləşi .

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et