Ən son vakansiyalar! Bank sahəsində işləmək istəyənlər üçün | Banco.az

Ən son vakansiyalar! Bank sahəsində işləmək istəyənlər üçün

Banco.az portalı olaraq, bank sahəsində işləmək istəyən namizədlərə sözügedən sahə üzrə ölkənin ən qabaqcıl banklarında elan olunan ən son vakansiyalar üzrə məlumatları təqdim edirik:

DəmirBank ASC Marketinq Departamentində Marketinq araşdırmaları və proqramları şöbəsinin müdiri vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Marketinq araşdırmaları və proqramları, reklam və PR fəaliyyəti üzrə illik fəaliyyət planlarının və proqramların hazırlanması və icrasında iştirak;
• Bank məhsulları və xidmətləri üzrə bazarın cari vəziyyətini, inkişaf meyllərini və satış dinamikalarını, rəqib bankların şərtlərini, üstün və zəif cəhətlərini araşdırır və təhlil edir;
• Müştərilər arasında sorğu və araşdırmaların həyata keçirilməsi və təşkili (müştəri məmnuniyyəti / fikirləri / münasibətləri və s.);
• Müştəri xidməti keyfiyyəti üzrə “Gizli müştəri” araşdırmalarının və monitorinqlərin təşkili, xidmətin keyfiyyəti üzrə təkliflərin verilməsi;
• Bank əməkdaşları arasında sorğuların və dəyirmi masa tipli müzakirələrin həyata keçirilməsi və s;
• Yeni məhsullarının yaradılması ilə bağlı araşdırmaların həyata keçirilməsi və təkliflərin verilməsi, tətbiqində iştirak;
• Araşdırmalar əsasında cari məhsulların şərtlərinin optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması və tətbiqində iştirak və s.);
• Stimullaşdırıcı lotereya, bonus, bayram günlərinə həsr edilən, müxtəlif müştəri seqmenlərinə yönümlü proqram və aksiyaların həyata keçirilməsi;
• Tərəfdaşlarla müzakirələrin və təqdimatların həyata keçirilməsi, layihər üzrə əməkdaşlığın yaradılması və koordinasiyası işləri;
• Reklam planlarının və təkliflərinin hazırlanmasında, reklam aksiyalarının və tədbirlərinin həyata keçirilməsində iştirak;
• CRM sistemləri ilə işləmə, onların təkmilləşdirilməsi, müxtəlif seqmentlərə yönəlik kampaniyaların formalaşdırılmsı.

Namizədə qarşı tələblər:

 Ali Təhsil; 
 Biznes və idarəetmə prinsipləri və strateji planlama bacarığına sahib olmaq;
 Azərbaycan və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti 
 Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsinin olması;
 Mobil, dinamik, operativ, dəqiqlik, hər sözə dəqiqliklə yanaşma, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;
 Həm Bank sektorunda, həmçinin araşdırma şirkətlərində təcrübəsi olması üstünlük sayıla bilər;
 Mobil, dinamik, operativ, dəqiqlik, hər sözə dəqiqliklə yanaşma, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;
 MS Word, MS Excel kompüter proqramları və elektron poçt sistemi (e-mail) ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 iyun 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq araşdırmaları və proqramları şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 “NBCBank” ASC Biznes kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. 

Tələblər:

- Ali təhsil (iqtisadiyyat sahəsi üzrə) 
- Bank sektorunda kredit mütəxəssisi (Biznes) kimi ən azı 1 illik iş təcrübəsi 
- Kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olma 
- İnsanlarla ünsiyyət qurma bacarığı. 
- Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma. 
- Analitik qabiliyyət. 
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı. 
- MS Office proqramlarında işləmə bacarığı

Ən sərfəli kredit üçün müraciət et

Vəzifə öhdəlikləri:

- Müştərinin Bankın kredit məhsulları barədə məlumatlandırılması. 
- Kredit ödənişlərinin qəbulu və proqramda icrası 
- Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi 
- Müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi
- Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi 
- Banka perspektiv müştərilərin cəlb edilməsi, kredit portfelinin formalaşdırılması 
- Kredit və girovların monitorinqinin həyata keçirilməsi.

Əmək haqqı: 400-600AZN

Email: hr@nbcbank.az

"Rabitəbank" ASC Dizayner vəzifəsi üzrə işçi qəbulu elan edir. 

Tələblər:

  • Adobe Photoshop, Adobe Illustrator, CorelDraw, HTML/CSS professional bilmək
  • Flaş proqramını bilmək arzuolunandır
  • Banerların yaradılmasını bacarmaq
  • İşə məsuliyyət, yaradıcı yanaşmaq, kreativlik
  • Komandada işləmək bacarığı
  • Portfolio mütləqdir

Öhdəliklər:

  • Reklam broşürların, plakatların, posterların, stendlərin, banerların (flaş baner) dizaynının yaradılması
  • Küçə reklamının dizaynı (pilonlar, asmalar)
  • VEB səhifənin dizaynının yaradılması elementlərin saytda yerləşdirilməsi

CV formasını doldurub, aşağıdaki ünvanlara göndərə bilərsiniz:
Rabitəbank
28 May küçəsi, 33,
Tel: (99412) 598 44 88
Faks: (994 12) 497 11 01
və ya E-poçtu: 
resume@rabitabank.com

Məktubun mövzusunda vakansiyanın adını qeyd etməyinizi xahiş edirik.
Namizədlər müvafiq işə qəbul prosedurlardan keçirlər. Testi keçməyən şəxslərə iki həftə ərzində elektron poçt və ya telefon vasitəsi ilə məlumat verilir.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç