“eManat” nağd ödəniş terminalları şəbəkəsi genişlənir | Banco.az

“eManat” nağd ödəniş terminalları şəbəkəsi genişlənir

2014-cü il “Modenis” MMC-də “eManat” ödəmə sistemi şəbəkəsinin genişlənməsi ili” elan edilib və bununla bağlı tədbirlər planı hazırlanıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin mart ayında “eManat” brendi adı altında 101 ödəmə terminalı ilə bazara daxil olan “Modenis” MMC hazırda Bakı şəhəri və bölgələri əhatə etməklə əhaliyə 815 ödəmə terminalı ilə xidmət göstərir. Bölgələrdə fəaliyyət göstərən terminalların sayı 100-ə yaxındır. Bu ilin sonuna qədər təxminən 300-ü bölgələri əhatə etməklə terminal sayının 1700-ə çatdırılması gözlənilir.

“eManat” ödəmə terminalı vətəndaşlara kommunal xidmət, mobil rabitə, telefon, internet, kabel televiziyası, bank və digər ödənişləri tez, rahat və etibarlı şəkildə ödəmək imkanı yaradır. “eManat" brendi altında fəaliyyət göstərən terminallar dünyada ən geniş terminal şəbəkəsinə malik olan "QIWI" qrupuna aiddir.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü ili uğurla başa vuran və daim istifadəçilərin rahatlığını düşünən “Modenis” şirkəti fəaliyyətinin hər anında bu amili əsas tutaraq yenilikçiliyi və etibarlılığı ilə öndə olmağı bacarıb. Bunun nəticəsi olaraq “eManat” ödəmə terminalları sürətli çalışmadan əlavə, problemsiz ödəməyə görə də əhali arasında etibar qazanıb. Terminalda ödəmə zamanı hər hansı bir problem yaranarsa, bu problemi qısa zaman ərzində aradan qaldırmaq məqsədilə 24/7 fəaliyyət göstərən müştəri mərkəzi istifadəçilərin xidmətindədir.

Qazanılan etibar və əldə olunan uğurlarla kifayətlənməyən “Modenis” şirkəti bu gün də hər ödəmədən sonra istifadəçi məmnunluğu yaratmaq istiqamətində tədbirlər həyata keçirir. 2014-cü ildə təkcə terminalların sayının artırılması deyil, həm xidmət sahələrinin çoxaldılması, həm də göstərilən xidmət səviyyəsinin maksimum dərəcədə yüksəldilməsinə çalışan şirkət bununla bağlı qarşısına konkret hədəflər qoyub və bu hədəflərə doğru inamla irəliləməkdədir. 

Ən sərfəli krediti almaq üçün müraciət et