Əhalinin gəlirlərində artım olubmu? | Banco.az

Əhalinin gəlirlərində artım olubmu?

Banco.az saytı Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2015-ci ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 16,2 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 4,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 73,9 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,0 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,7 faiz çox vəsait qalıb. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et