Əhali 1 mlrd. manatdan çox kredit faizi ödəyib | Banco.az

Əhali 1 mlrd. manatdan çox kredit faizi ödəyib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 40,029 mlrd. manat təşkil edib. 

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən əhali gəlirlərinin 79,4%-ni və yaxud 31,783 mlrd. manatını son istehlaka, 9,1%-ni və yaxud 3,643 mlrd. manatını vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 8,9%-ni və yaxud 3,563 mlrd. manatını yığıma, 2,6%-ni və yaxud 1,041 mlrd. manatını isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2015-ci ilin 11 ayında Azərbaycan əhalisi kredit faizlərinə 1,104 mlrd. manat sərf edib. Başqa sözlə, bununla bağlı xərclər 5,7% azalıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et