Dünyanın nəhəng şirkətlərinin gəlirləri azalıb | Banco.az

Dünyanın nəhəng şirkətlərinin gəlirləri azalıb

Cari ilin birinci yarısında dünyanın ən böyük 12 neft şirkətinin gəlirləri və xalis mənfəəti azalıb. Bu ilin yanvar-iyun ayları ərzində ABŞ-ın "ExxonMobil", "Chevron", "ConocoPhillips", "Halliburton", "Schlumberger", "Baker Hughes", Hollandiyanın "Royal Dutch Shell", İngiltərənin BP, Fransanın "Total", İtalyanın "Eni", Rusiyanın "Rosneft" və Norveçli "Equinor" şirkətlərinin ümumi gəlirləri 3,5 faiz azalaraq 789,4 milyard dollar olub. Bu şirkətlər ötən ilin altı ayında 818,1 milyard dollar gəlir əldə ediblər. Carı ilin birinci yarısında adıçəkilən şirkətlərin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq 47 milyard dollar olub.

Qeyd edək ki, ötən ilin ilk yarısında 12 neft şirkətinin qazancı 53,1 milyard dollar olub. Neft şirkətləri arasında ilin ilk yarısında ən çox xalis mənfəət əldə edən şirkət 9 milyard dollarla "Royal Dutch Shell" olub. Onu 6,9 milyard dollarla "Chevron" ve 5,9 milyard dollarla "Total" izləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə ən yüksək gəlir əldə edən şirkət 177,5 milyard dollarla yenə "Shell" olub. Növbəti yerlərdə 141,1milyard dollar gəlirlə "BP" ve 132,7 milyard dollarla "ExxonMobil" qərarlaşıb.

Neft şirkətlərinin toplam gəlirlər və xalis qazanclarının azalmasında xam neft qiymətlərindəki enmə səbəb olub. Dünyada ən çox istifadə olunan Brend markalı xam neftin barelinin qiyməti keçən ilin ilk yarısında ortalama 70,6 dollar olarkən, bu ilin ilk yarısında qiymətlər 6,5 faiz azalaraq 66 dollara geriləyib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç