Dünyanın ən böyük şirkətləri | Banco.az

Dünyanın ən böyük şirkətləri

Ötən bir neçə ay ərzində dünya ABŞ və Çin arasında ticari gərginliklərin artdığına şahid oldu. Sözügedən iki ölkənin sahib olduqları böyük iqtisadi güc Forbes jurnalının  “Global 2000” siyahısının 2018-ci il üçün olan versiyasında əks olunur.

2015-ci ildən bəri ilk dəfədir ki, Çin və ABŞ məhz bu il ilk 10 yeri bərabər bölüşürlər. “Global 2000” siyahısında Çin 291 şirkətlə təmsil olunarkən, ABŞ 560 şirkət ilə zirvədə qərarlaşır.

Bu il 16-cı sayı yayımlanan illik “Global 2000” siyahısına 60 ölkədən müxtəlif açıq səhmdar şirkətləri daxildir. Ümumi olaraq bu şirkətlərin birlikdə satış həcmi 39.1 trilyon dollar, əldə etdikləri gəlir 3.2 trilyon dollar, aktivlərdən əldə etdikləri gəlir 189 trilyon dollar və bazar dəyərləri 65.8 trilyon dollar təşkil edir.  

Qlobal 2000 siyahısında şirkətlərin gəlir, mənfəət, aktivlər və bazar dəyəri ayrılıqda göstərilir.

Siyahıda yer alan ilk 10 şirkət aşağıdakılardır:

Şirkət Ölkə Satış (milyard $) Mənfəət (milyard $) Aktivlər (milyard $) Bazar dəyəri (milyard $)
Çin Sənaye və Ticarət Bankı (ICBC) Çin 165.3 43.7 4 210.9 311
Çin Tikinti Bankı (China Construction Bank) Çin 143.2 37.2 3 631.6 261.2
JP Morgan Chase  ABŞ 118.2 26.5 2 609.8 387ş2
Berkshire Hathaway ABŞ 235.2 39.7 702.7 491.9
Çin Kənd Təsərrüfatı Bankı (Agricultural Bank of China) Çin 129.3 29.6 3 439.3 184.1
Amerika Bank (Bank of America) ABŞ 103 20.3 2 328.5 313.5
Wells Fargo ABŞ 102.1 21.7 1 915.4 265.3
Apple ABŞ 247.5 53.3 367.5 926.9
Çin Bankı (Bank of China) Çin 118.2 26.4 3 204.2 158.6
Ping an Insurance Group Çin 141.6 13.9 1 066.4 181.4

Tamara Mustafayeva, banco.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et