Dünyadakı Top 10 investisiya bankı və tarixi | Banco.az

Dünyadakı Top 10 investisiya bankı və tarixi

Ticarət fəaliyyəti ilə məşğul olmaq istəyənlər müəyyən bir mənbəyə ehtiyac duyurlar. Kifayət qədər resursa sahib olmadıqlarında isə bir yerlərdən dəstək almaq məcburiyyətində qalırlar. Bu dəstəklər üçün adətən ilk dayanacaq banklardır. Bank növləri arasında investisiya bankları müxtəlif sektorlara xidmət etmək üçün yaradılmışdır. Adından da göründüyü kimi individuallar və təşkilatlara investisiya etmək üçün vəsaitlərin verilməsi sözügedən bankların ilk məqsədidir. İnvestisiya bankları özəl və dövlət sektoru şirkətlərini uzunmüddətli kreditlər ilə təmin edir və ticarət fəaliyyətinin davam etdirilməsini dəstəkləyir. Bu, qiymətli kağızların verilməsi ilə həyata keçirilir. Başqa sözlə, uzunmüddətli sərmayə axtarışında olan şirkətlər ilə qənaətlərini qiymətli kağızlarla dəyərləndirmək istəyən investorlar arasında alış-verişə imkan yaradır, arada vasitəçi rolunu oynayır. Belə banklar əvvəlcə ABŞ-da yaradılmışdır. Ölkənin iqtisadiyyatına olan töhfəsi sayəsində, bütün dünyada yayılmışdır və demək olar ki, hər bir ölkədə investisiya bankları yaradılmışdır.

Biz də Banco.az olaraq bu yazımızda dünyadakı top 10 investisiya bankını, yaranma tarixlərini və əlimizdə olan məlumatlar çərçivəsində son bir illik gəlirlərini siz dəyərli oxucularımıza çatdırmaq istəyirik.

 

Goldman Sachs (GS)

GS 1869-cu ildə qurulub və Nyu-York şəhərində yerləşir. GS ən köhnə bankçılıq şirkətlərindən biri olmaqla yanaşı, investisiya bankçılığı, korporativ müştəri xidmətləri, investisiya və borc vermə, investisiya idarəçiliyi olmaqla dörd sahə üzrə geniş xidmətlər təklif edir. Goldman Sachs, 2017-ci maliyyə ili üçün 32.07 milyard dollarlıq xalis gəlirlərini açıqladı. Bunlardan investisiya bank bölməsinin gəlirləri isə 7.37 milyard dollar oldu. İnvestisiya bank bölməsində yaranan gəlir bütün bölmələr arasında ən yüksək səviyyədə olmuşdur. 2017-ci ildə səhm üzrə mənfəət 9,01 dollar idi.

 

JP Morgan Chase (JPM)

Ən böyük investisiya banklarından biri olan JPM Chase, 2017-ci il üçün 99 milyard dollar gəlir əldə etdiyini bildirdi. Şirkətin 2,53 trilyon dollar aktivi və 255 milyard dollarlıq səhmdarları olmaqla birlikdə 60 ölkədə 260,000-dən çox işçilərlə fəaliyyət göstərməkdə olan nəhəng bir maliyyə instutudur. Bundan əlavə sözügedən bank  istehlak və ictimai bankçılıq, kommersiya bankçılığı, aktiv və varlıq idarəetmə sahələrində də fəaliyyətini böyük bir tutarlılıqla davam etdirən banklar sırasındadır.

 

Barclays (BCS)

1896-cı ildə qurulan Böyük Britaniya, London mərkəzli investisiya bankı, Londonda banklararası faiz dərəcələri ilə bağlı iddialar və 2013-ci ildə dünya qlobal şəkildə işdən çıxarmalarla bağlı xəbərlərlə qəzetlərin ilk səhifələrini məşğul etmişdi. Qlobal miqyasda 139,600 işçinin əmək verdiyi maliyyə instutu olmaqla birlikdə, 2016 illik hesabatında ümumi gəlirin 21, 451 milyon sterlinq və bunun da 10,533 milyonluq hissəsisinin investisiya bankçılıq seqmentinin çərçivəsində gerçəkləşdiyi dərc edildi. İnvestisiya bankçılığı ilə yanaşı Barclays, pərakəndə və kommersiya bankçılığı və kart emalı biznesində də fəaliyyət göstərən banklardandır.

 

Bank of America Corporation (BAC)

Bank of America Corporation çoxmillətli bir bankçılıq və maliyyə xidmətləri şirkətidir. Sözü gedən təşkilat investisiya bankçılığı, ipoteka, ticarət, brokerlik və kart xidmətlərini əhatə edən geniş çeşidli seqmentlər çərçivəsində xidmət göstərir. 2017-ci ildə dünya üzrə 40 ölkədə fəaliyyət göstərən və 18 xalis gəliri 23 milyard dollar olaraq gerçəkləşən BAC-ın investisiya bankçılığı bölməsinin gəliri isə 6,953 milyon dollar oldu.

Ən sərfəli kredit üçün müraciət et

 

Morgan Stanley (MS)

1935-ci ildə yaradılan və ABŞ-ın Nyu-York şəhərindənidarə edilən qlobal nəhəng maliyyə təşkilatıbir çox ölkədə fəaliyyət göstərərkən, eyni zamanda 55,794 işçinin iş yerini təmsil etməkdədir. Şirkətin 2017-ci ildəki xalis gəliri  37.9 milyard dollar olaraq açıqlandı. İnvestisiya bankı seqmentinin gəliri isə bir il əvvəl 1,3 milyard dollardan artaraq 1,4 milyard olaraq gerçəkləşdiyayınlanan hesabatlarında dərc edildi.

 

Deutsche Bank (DB)

Almaniya mərkəzli və eyni zamanda New York fond birjasında qeydiyyatda olan Deutsche Bank-ıngəlirləri 2016-cı ilə nisbətdə 12% azalaraq, 2017-ci ildə26,4 milyard avro olaraq gerçəkləşdi. Avropanın ən böyük maliyyə xidmətləri şirkətlərindən biri olan DB, qarşılıqlı sərhəd ödənişləri, beynəlxalq ticarətin maliyyələşdirilməsi, pul köçürmələri, kart xidmətləri, ipoteka, sığorta və adi investisiya bankları sahələrində ixstisaslaşır. DB, 71 ölkədə fəaliyyət göstərən qloballaşmış bir maliyyə təşkilatıdır.

 

Citigroup

Kökləri 1812-ci ildə Citibankın quruluşuna qədər izləyən Citigroup, 2016-ci il etibari ilə 160 ölkədə fəaliyyət göstərir və ümumilikdə 219.000 işçisi var. 2017-ci ildə 71.4 milyard dollarlıq xalis gəlir əldə edən Citigroupun investisiya seqmentindəki gəliri bir əvvəlki ilə görə 20% artaraq 5.17 milyard dollar oldu. Bank investisiya bankçılıqda, investisiyaların idarə olunmasında, özəl bankçılıq və kart emalı sahələrində önəmli sayılacaq şəkildə fəaliyyət.göstərməkdədir.

 

Credit Suisse (DHY)

1856-ci ildə qurulan Sürix, İsveçrə mərkəzli Credit Suisse qrupu, dünyanın 50-dən çox ölkəsində 48,000-dən çox işçi ilə fəaliyyət göstərməkdədir.Sözügedən təşkilatın 2017-ci il  xalis gəliri  20,9 milyard dollar təşkil etmişdir. İnvestisiya bankçılıq fəaliyyətindən başqa, DHY-nin vergitutma və rəhbərlik(advisor), əmlakın lizinqi və investisiya araşdırma xidmətləri də mövcuddur.

 

UBS Group AG (UBS):        

1862-ci ildə təsis edilmiş və mərkəzi Zürixdə yerləşən bir İsveçrə investisiya şirkəti olan UBS, 2017-ci ildə 1.25 milyard dollar xalis mənfəət açıqladı. Amerika Birləşmiş Ştatları və İsveçrə başda olmaqla şirkətin bir çox ölkədə fəaliyyət göstərən mərkəzlərindətəxminən 60 min işçi çalışır.UBS Group, investisiya bankçılığı, fərdi, pərakəndə və kommersiya bank seqmentlərindən əlavə olaraq, yüksək xalisgəlirli fərdlərə xidmət göstərir.

 

HSBC Holdings plc (HSBC)

Bir başqa London mərkəzli maliyyə təşkilatı isə 1865-ci ildə qurulmuş olan HSBC-dir. Bu Böyük Britaniya maliyyə nəhəngi  foreks, lizinq, investisiya bankçılığı və özəl bankçılıq xidmətlərindən, hesab xidmətlərinə qədər geniş çeşidli xidmətlər təklif edərək 75 ölkədə fəaliyyət göstərməkdədir. 2017-ci ildə gəlirləri 61,5 milyard dollar təşkil edib.

 

Son olaraq vurğulamaqda fayda görürük ki, yuxarıda qeyd etdiyimiz siyahı-sıralama hər hansı bir qaydaya əsas vermir. Üstəlik, qeyd etdiyimiz təşkilatlardan əlavə olaraq əlbəttə  regional və qlobal səviyyədə investisiya bank sahəsində fəaliyyət göstərən böyük ölçülü maliyyə şirkətləri mövcuddur. Bunlara misal olaraq Nomura, Warburgs, BNP Paribas, RBS, Wells Fargo və s. kimi digər təşkilatlar göstərilə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et