"Dünya Bankının Azərbaycanda 10 aktiv layihəsi var" | Banco.az

"Dünya Bankının Azərbaycanda 10 aktiv layihəsi var"

"Hazırda Azərbaycanda 10 fəal layihəmiz var və onların ümumi dəyəri 2,5 mlrd. ABŞ dollarıdır".

Bunu "Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimat mərasimində çıxış edən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi deyib.

N.H.Naqvi qeyd edib ki, təmsil etdiyi Bank Azərbaycanda 15 texniki yardım layihəsi reallaşdırır: "Dünən də cənab Rüfət Aslanlıya deyirdim ki, Azərbaycanda reallaşdırdığımız layihələr sırasında bu, ən önəmli layihədir. Biz bank sektorunun inkişafı üçün Azərbaycan hökumətinə hər cür yardım etməyə hazırıq. Məhz maliyyə sektoruna dəstək göstərmək üçün işimizi davam etdirəcəyik".

Ən sərfəli kredit üçün müraciət et

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et