Dünya Bankından Pakistana 1,69 milyard dollar maliyyə dəstəyi | Banco.az

Dünya Bankından Pakistana 1,69 milyard dollar maliyyə dəstəyi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı Pakistanın daşqından zərər çəkmiş Sind əyalətində 5 layihə üçün 1,69 milyard dollarlıq maliyyə dəstəyinin verilməsi qərarını təsdiqləyib.

Banco.az xəbər verir ki, ölkənin yerli mətbuatında dərc olunan xəbərlərə görə, Dünya Bankının dəstəkləyəcəyi layihələr arasında reabilitasiya, yeni evlərin tikintisi, istehsalın bərpası, ana və uşaqlara sağlamlıq xidmətləri daxildir.

Qeyd edək ki, dekabrın 12-də Asiya İnkişaf Bankı (AİB) da daşqınların bərpası və ərazilərin yenidən inşası səylərini dəstəkləmək üçün Pakistana 554 milyon dollarlıq maliyyə paketini təsdiqləmişdi.

Xatırladaq ki, Pakistanda iyun-oktyabr aylarında təsirli olan daşqınlar nəticəsində təxminən 1740 adam həyatını itirib, 12 mindən çox insan isə yaralanıb. Təbii fəlakətin ölkəyə vurduğu maddi zərərin isə 30 milyard dollardan çox olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et