Dollar/TL məzənnəsi AÇIQLANDI - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi AÇIQLANDI - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Ötən gün yayımlanan Federal Açıq Bazar Komitəsinin 14-15 dekabr 2021 tarixində keçirilən iclasına dair müvafiq protokollarda öz əksini tapan FED-in erkən faiz artımı ehtimalı dolların qlobal miqyasda güclənməsinə səbəb olmuş, bu da öz növbəsində məzənnənin yüksəlməsinə gətirib çıxarmışdı. 

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, həftənin sonuncu iş gününə yüksəlişlə başlayan məzənnə daha sonra bir qədər geriləyib.

Dollar/TL məzənnəsi hazırda 13.83 səviyyəsində ticarət edilir.

Qeyd edək ki, dünya mətbuatının gündəmində koronavirusun Omikron ştammı səbəbindən tətbiq edilmə ehtimalı olan yeni məhdudiyyətlər və karantin tədbirləri, bu vəziyyətin ölkə iqtisadiyyatlarına necə təsir göstərəcəyi ilə bağlı narahatlıqlar var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et