Dollar sentyabrın minimumlarına kimi ucuzlaşıb | Banco.az

Dollar sentyabrın minimumlarına kimi ucuzlaşıb

FED-in bu gün Bakı vaxtı ilə saat 22:00-da faiz azaldılmasına gedə biləcəyi ehtimalları dolları sentyabrın minimumlarına kimi ucuzlaşdırdı.

Beynəlxalq maliyyə bazarlarında uzun müddətdir böyük maraqla gözlənilən Amerika Mərkəzi Bankının (FED) faiz qərarı bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaqdır. 

Qərarın açıqlanması öncəsi faiz azaldılması ehtimalları, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına və cari ayın minimum səviyyələrində ticarət olunmasına səbəb olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, qiymətlərdə artıq faiz azaldılmasının nəzərə alınması, investorların diqqətini daha çox saat 22:30-da baş tutacaq mətbuat konfransına yönəldib. Bu zaman önəmli məqam FED-in ilin sonuna kimi nə qədər faiz azaldılmasına gedə biləcəyi ehtimallarıdır. 

Bakı vaxtı ilə saat 12:30 və 13:00-da müvafiq olaraq, İngiltərə və Avrozonadan dərc ediləcək inflyasiyaya dair göstəricilərin də bu gün foreks bazarlarında güclü dalğalanmalara təsir edəcəyi gözlənilir. 

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç