DIQQƏTLİ OLUN: Wi-Fi protokolu hack edildi | Banco.az

DIQQƏTLİ OLUN: Wi-Fi protokolu hack edildi

Wi-Fi protokolu hack edildi. Dünyanın bütün Wi-Fi şəbəkələri və insanların məlumatları təhlükə altındadır

Təhlükəsizlik üzrə mütəxəssislərin verdikləri məlumata əsasən Wi-Fi qoşulmalarının bir çox hissəsini qoruyan WPA2 şifrələyicisi hackerlər tərəfindən hack edilib.

Bu isə o deməkdir ki, hal hazırda hackerlər istənilən ev və ya ictimai şəbəkəyə daxil ola, Wi-Fi şifrələrini öyrənə, istənilən məlumat axınını və insanlar tərəfindən daxil olunan məlumatları ələ keçirə bilərlər. WPA2-nin hack edilməsi həmin anda kiberhücumların başlanması demək deyil. Lakin bütün dünya üzrə Wi-Fi şəbəkələri hackerlər tərəfindən ələ keçirilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bu, şəbəkə təchizatı istehsalçılarının, təhlükəsizlik sistemlərini yeniləyəcəkləri vaxta kimi belə olaraq qalacaq. HTTPS protokolu üzrə çalışan saytlar daha böyük təhlükə altındadırlar. Kompüter və smartfon vasitəsilə göndərilmiş hər bir mətn faylı isə hackerlər tərəfindən ələ keçirilə bilər. Bu cür təhlükədən qorunmaq üçün VPN-dən istifadə məsləhət görülür. Qeyd etmək lazımdır ki, bu cür hadisə gec-tez baş verməli idi. Sözügedən protokol 13 il bundan öncə yaranıb və indiki gündə artıq köhnəlmiş hesab edilir.

Ən sərfəli krediti almaq üçün müraciət et