“Cybernet” şirkəti Almaniyanın “LucaNet” şirkəti ilə birgə forum keçirmişlər | Banco.az

“Cybernet” şirkəti Almaniyanın “LucaNet” şirkəti ilə birgə forum keçirmişlər

“Cybernet” şirkəti Almaniyanın “LucaNet” şirkəti ilə birgə sentyabrın 17-də “Four Seasons” mehmanxanasında “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirmişlər.

“Cybernet” şirkətinin baş direktoru İlham Namazov giriş nitqində bildirmişdir ki, rəhbəri olduğu şirkət Azərbaycanın ən uğurlu investisiya holdinqlərindən olan “Synergy Group”a daxildir. Natiq, forumun mövzusunun aktuallığını qeyd etmiş və Azərbaycanda İT bazarının geniş imkanlarını vurğulamış, həmçinin ölkədə qabaqcıl İT məhsullarına yüksək tələbin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Forumda “Cybernet” şirkətinin baş direktorunun müavini Anar Mehdiyev, “LucaNet” şirkətinin mütəxəssisləri Matteus Ebinal və Nazar Farmaqa, “Synergy Group”un maliyyə meneceri Rüfət Cahangirov, “AtaBank”ın risklərin idarə olunması departamentinin direktoru Elman Sadıqov, risklərin analizi və hesabatlığı sahəsində ekspert İlqar Sarıcanlı çıxış etmişlər.

Alman şirkətinin nümayəndələri çoxşaxəli holdinqlərdə təmərküzləşmiş maliyyə hesabatlığı üzrə  maraqlı təqdimatla çıxış etmişlər. Natiqlər yerli bazarda “LucaNet” şirkətinin  proqram məhsullarının tətbiqinin üstünlüklərindən danışmışlar.

Ən sərfəli kredit üçün müraciət et

“Cybernet” şirkətinin baş direktorunun müavini Anar Mehdiyev bildirmişdir ki, “LucaNet” ilə əməkdaşlığın əsas məqsədi Alman şirkətlərinin təcrübəsi və innovativ həllərini yerli bazara gətirməkdir. “LucaNet”in həlləri hazırda dünyanın 50-dən artıq ölkəsində, 1,5 min şirkətdə istifadə olunur. Çox zaman şirkətlər böyül olmayan məsələrin həlli üçün kompleks həllər əldə etməyə məcbur olurlar. Bu da maliyyə baxımdan sərfəli deyildir. Məhz “LucaNet”in həlləri az xərclə müvafiq məsələri operativ həll etməyə imkan verir.

Forum iştirakçıları Azərbaycanda bank sistemində və şirkətlərin əməliyyat sistemlərində risklərin qiymətləndirilməsi və idarə olunması mövzusunun vacibliyini qeyd etmişlər.

Natiqlər kredit risklərinin hesablanması mövzusuna toxunmuş, “Cybernet” şirkətinin bu safədə mövcud proqram təminatı haqqında danışmışlar. Mütəxəssislər müvafiq proqramın üstünlüyünü və bazar üçün aktuallığını qeyd etmişlər. Belə ki, bu proqram analitik hesabat sistemi kimi bankların idarə olunmasında strateji və kritik qərarları təqdim edir. Analiz və hesabat sistemi banklara uyğun bütün: kredit, bazar, likvidlik, əməliyyat və sığorta risklərini əhatə edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et