“Coinbase” hansı kriptovalyutaları platformasına daxil edəcək? | Banco.az

“Coinbase” hansı kriptovalyutaları platformasına daxil edəcək?

Dünyanın ən böyük və etibarlı kriptovalyuta birjalarından olan “Coinbase”-in yaxın dövrdə portfelinə yeni kriptovalyutalar əlavə etmək istədiyi bildirilir.

“Coinbase”-in ümumi meneceri Den Romero San-Fransiskoda yerləşən birjanın daha bir neçə kriptovalyutanı əlavə etməyə çalışdığını qeyd edib. Ancaq ABŞ-dakı qanunların ciddi həmlə etməyi çətinləşdirdiyini ifadə edib.

Romero yeni tənzimləmələrin onların addım atmalarına mane olduğunu söyləyib. Onun işarə etdiyi əsas qurum isə ABŞ Qiymətli Kağızlar və və Birja Komissiyasıdır (SEC).

SEC-in yaxın dövrdə bir neçə ICO haqqında haqqında istintaq başlatdığı və xüsusilə təsadüfi çıxarılan kriptovalyutalar mövzusunda ciddi addımlar atacağı deyilir. Əsas məqsəd hələ də müzakirə yaratsa da, durumun “Coinbase”-ə təsiri dəqiq deyil. SEC bu araşdırmalardan əsas gözləntisi məlumat əldə etmək olduğu bildirilir. “Coinbase”-in hazırda lisenziyalı bir vasitəçi olmaması səbəbindən ticarət etməsinin qanuni olmadığı da diqqət mərkəzindədir.

Romero “Coinbase”-in portfelinə yeni kriptovalyutalar əlavə etməkdən əvvəl hansı məhsulun sənət, hansının pul və ya hansının əmtəə olduğunun təyin olunmasını istəyir. Bu vəziyyətin işlərinə yaracağını qeyd edir. O, sözlərinə belə davam edib:

“Əgər bütün bu tənzimləmələr ilə bağlı çıxan bir çox xəbər və olay haqdakı durumlar ortalığa çıxsa və qara buludlar ortadan çəkilsə, həmin vaxt platformamıza yeni məhsullar əlavə edərik”.

Bəzi suallar yaranır

Bütün bu açıqlamaların şirkətin martın 16-da hazırladığı “yeni kriptovalyuta əlavə etmək prosesini” izah edən bloq yazılarından sonra verilməsi təsadüfi deyil.

“Coinbase”-in əslində yeni kriptovalyuta qəbul edib etməyəcəyi noyabrda açıqlanmışdı. Rəqəmsal Məhsullar Haqqında Göstəriş adı verilən bu sənəddə “Coinbase” bir kriptovalyutanın necə “etibarlı” olacağına qərar verdikləri sistemdən bəhs etmişdi.

Ancaq bütün bu göstərilən parametrlərə baxmayaraq, “Coinbase”-in keçmişdə birjaya daxil etdiyi kriptovalyutaların tipləri arasında böyük bir uyğunsuzluq var. Bəzi mənbələr “Coinbase”-in hansı kriptovalyutanı alıb, hansını almayacağına qərar verdiyini bildirir.

Məsələn, bu arqumenti gücləndirmək istəyən bəzi şəxslər “Coinbase”-in Ethereum Classic-ə birjada yer verməyəcəyini söyləyir. Bunun əvəzində Bitcoin Cash-ə üstünlük veriləcəyi bildirilir.

Mövzu ilə bağlı fikirlərini səsləndirən “Chainstarter” adlı ICO-ların rəhbəri Nik Eyton bunları deyib:

“Bütün masalardaki söhbətlərin kriptovalyutalar ilə əlaqəli olduğu Milad zamanlarında “Coinbase” Bitcoin Cash-i platformasına əlavə edəcəyini söyləməmişdi. Bir anda isə bu qərarı verdilər. Bəzən çox məzəli hadisələr olur”.

“Coinbase”-in rəhbərlik qrupu Bitcoin-in Block genişliyini artırmaq istədiyini bildirsə də, “Coinbase” daha sonra birja olaraq bu forku kənardan dəstəkləmədi. Bu olay birjada Bitcoin-ləri olan şəxslərin diqqətini çəkdi, çünki Bitcoin Cash hard forkunda insanlar balanslarındakı Bitcoin qədər Bitcoin Cash alacaqdılar.

Lakin daha sonra şirkət bir andaca Bitcoin Cash alqı-satqısını blok etdi. Buna səbəb olaraq tədarükün çox ciddi artmasını bildirdi.

Bu mövzu ilə əlaqədar şirkətin direktoru Romero aşağıdakıları söylədi:

“Əgər Bitcoin Cash-i Rəqəmsal Məhsullar Direktivinə görə istifadə edirsinizsə, bu, təlimatı keçib anlamına gəlir”.

Ən sərfəli kredit üçün müraciət et

Hər şey müştərilər üçündür

Romeronun fikrincə, hansı kriptovalyutanın birjaya daxil olacağına qərar verən bir qrup var və bu qrup dövri yığıncaqlar reallaşdırıb qərar verir. O, bu komitə haqqında daha çox məlumat verməkdən imtina edib, komitənin müştəri geri bildirişini toplamaq üçün standart yolunun olmadığını və şirkətin CEO-su Brayan Armstronqun komitədə iştirak etmədiyini açıqlayıb.

Məşhur kriptovalyuta birjası hazırda Bitcoin, Bitcoin Cash, Ethereum, Litecoin kimi kriptovalyutaları platformasında saxlayır. Şirkət XRP-nin siyahıya daxil edilməsi mövzusunda bir qənaətlərinin olmadığını ifadə edib. Dekabrda Ripple-a olan tələbat o qədər artmışdı ki, 26 min “Coinbase” istifadəçisi Rippke-nin birjaya əlavə edilməsi üçün imza atmışdı.

Romero sonda hansı kriptovalyutaların “Coinbase”-də yer alıb-almayacağı ilə bağlı bunları vurğulayıb:

“Əgər parametrlərimizi keçdiyinizi hesab etsək, növbəti addım müştərilərimizin istədiyidir. Həqiqi müştərilərimizi nəzərdə tuturam. Müştərilərin geri bildirişlərini müxtəlif yollarla davamlı toplayıb, bu istiqamətdə işləyirik”.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et