Çinin qızıl ehtiyatları artıb | Banco.az

Çinin qızıl ehtiyatları artıb

Müəllif:Mehin Qasımova/Banco.az

Çinin qızıl ehtiyatları mart ayında  72,74 milyon unsiyaya (2 milyard 262 milyon ton) yüksəlib. 

Banco.az xəbər verir ki, Çin Xalq Bankının açıqlamasına görə, ardıcıl 17 aydır artan qızıl ehtiyatı bu ayda 160 min unsiya artıb. 

Ekspertlər qızıl aktivlərinin artımını mərkəzi bankın bu ənənəvi aktivə inamı və dünya bazarlarının getdikcə qeyri-müəyyənlik şəraitində maliyyə təhlükəsizliyinə verdiyi önəmlə əlaqələndirirlər.

Şanxay Universitetinin Maliyyə və İqtisadiyyat professoru Xi Junyang'a görə,Çinin qızıl ehtiyatlarını artırmasının əsas səbəbi beynəlxalq valyutaların etibarsızlığıdır. İqtisadçı qeyd edib ki, ABŞ dollarının məzənnəsi daim dəyişir və bu, xarici valyutadan asılı olan iqtisadiyyatlara təsir edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et