Çin Afrika ölkələrinin borcunun bir hissəsini siləcək | Banco.az

Çin Afrika ölkələrinin borcunun bir hissəsini siləcək

Çin Afrika ölkələrinə verdiyi və bu ilin sonuna qədər geri qaytarılmalı olan faizsiz borcları silməyə hazırlaşır. 

Bu barədə Çinin dövlət başçısı Si Cinpin Çin-Afrika Fövqəladə Zirvə Sammitində bildirib. 

Bundan başqa, onun sözlərinə görə, Afrika ölkələri Çinin istehsal edəcəyi koronavirus peyvəndinə asanlıqla sahib olacaq, həmçinin Çin qitə ölkələrində yeni xəstəxana və sağlamlıq obyektləri inşa edəcək.

Xatırladaq ki, bundan əvvəl Afrika ölkələri çətin vəziyyətdə olan iqtisadiyyatlarını düzəltmək üçün Böyük 20-lik ölkələrini, onlara verilmiş borcları silməyə və yaxud qaytarılmasını təxirə salmağa çağırmışdı. 

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et