Cənubi Koreya Mərkəzi Bankı faiz dərəcəsini açıqlayıb | Banco.az

Cənubi Koreya Mərkəzi Bankı faiz dərəcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Cənubi Koreyanın Mərkəzi Bankı cümə axşamı faiz dərəcələrini ötən 15 ilin ən yüksək səviyyəsində dəyişməz saxlayıb. 

Koreya Mərkəzi Bankının bəyanatına görə, göstərici faiz dərəcəsi 3,50 faiz səviyyəsində qalıb.

İqtisadçıların proqnozu da faiz dərəcələrində dəyişiklik olmayacağı istiqamətində idi.

Beləliklə, 2024-cü ilin ikinci iclasında bank bazarların proqnozlarına uyğun olaraq ardıcıl 9-cu dəfə faiz dərəcəsində heç bir dəyişiklik etməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et